vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9335 AZN
1 Rusiya rublu 1 RUB = 0.0255 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1717 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3185 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
20:23 | 22 iyun 2018 | Cümə Məqaləyə 492 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xəzər necə bölüşdürülür...?

Türkmənistandan qaz kəməri çəkilməsinə əngəl qalmır

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın baş naziri Dmitri Medvedyev Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanmasını nəzərdə tutan hökumət qətnaməsini prezident Vladimir Putinə təqdim edib. 20 ildən çoxdur danışıqların nəticəsi olaraq hazırlanmış konvensiya layihəsi iyunun 21-də hüquqi informasiyalar üzrə rəsmi portalda dərc edilib.

Qətnamə mətnində göstərilir ki, sənədin layihəsi Xarici İşlər Nazirliyi tərəfindən təqdim olunub, federal icra hakimiyyəti orqanları ilə razılaşdırılıb və ilkin olaraq qalan dörd sahilyanı ölkə-Azərbaycan, Türkmənistan, İran və Qazaxıstanla işlənilib.

Beləliklə, ilk dəfə açıqlanan konvensiya layihəsinə görə Xəzərin dibinin və təkinin sektorlar prinsipi ilə bölüşdürülməsi nəzərdə tutulub. Dənizin akvatoriyası isə daxili və ərazi sularına, balıqçılıq zonalarına və ümumi su məkanına bölünəcək.

Beş sahilyanı ölkənin hər biri 15 dəniz mili enində ərazi suları müəyyən etmək hüququna malik olacaq, bu ərazi suları konvensiyada müəyyən edilmiş çıxış xəttindən ölçüləcək. Habelə hər ölkənin 10 mili keçməyən balıqçılıq zonası olacaq, bu zona ərazi sularına bitişəcək.

Çıxış xəttinin, yaxud orta xəttin müəyyən edilməsi metodikası ayrıca razılaşma ilə müəyyən olunacaq. Sənədə əsasən əgər sahilyanı ölkə daxili suların müəyyən edilməsi baxımından əlverişsiz sahil xətti konfiqurasiyasına malikdirsə o zaman bu məqam orta xəttin işlənib hazırlanması metodikasında nəzərə alınacaq.

Belə “əlverişsiz” sahil xəttinə malik ölkə İrandır. Buna görə də Tehran dənizin beş bərabər hissəyə bölünməsində israrlı idi. Qalan ölkələr isə dənizin orta xətt prinsipi ilə bölünməsini dəstəkləyirdi.

Konvensiya layihəsi habelə Xəzərin dibi ilə kabellərin və boru kəmərlərinin çəkilməsini də nəzərdə tutur. Sənəddə deyilir ki, tərəflər Xəzər dənizinin dibi ilə konvensiyada əksini tapmış ekoloji prinsiplərə və standartlara uyğun layihələr əsasında kəmər və kabel çəkə bilərlər. Kəmərin və ya boru xəttinin marşrutunu həmin kəmər və ya kabel hansı ölkənin sektorlarının dibindən keçəcəksə onlar müəyyən edəcəklər.

Yəni bu o deməkdir ki, Transxəzər qaz kəməri çəkmək üçün Rusiyadan və qalan sahilyanı ölkələrdən icazə almaq lazım gəlməyəcək, bu kəməri Türkmənistanla Azərbaycan öz aralarında razılaşdıra biləcək. Qalan ölkələr isə ancaq ekoloji normalarla bağlı tələblər irəli sürə bilər.

Konvensiya layihəsi habelə Xəzərdə  başqa ölkələrin silahlı qüvvələrinin iştirakına yol vermir. Və bütün beş ölkələrin hamısı Xəzər dənizinin ekoloji sistemini və onun komponentlərini qorumağa borcludur.

Sənəd avqustda Astanada keçiriləcək Xəzər sammitində müzakirəyə çıxarılacaq.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *