vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
11:00 | 3 iyul 2018 | Çərşənbə axşamı Məqaləyə 2981 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıda mason sammiti

Çox müəmmali hadisələr baş verir...

Ötən həftənin şənbə günü dünyanın bir çox ölkələrindən masonlar Bakıya toplaşıblar. Məqsəd yerli mason təşkilatının-Azərbaycan Böyük Milli Lojasının 10-cu Assambleyasında iştirak etməkdir. Assambleya paytaxtın beşulduzlu hotellərindən birində keçirilir. Bu mason lojasının 10 il əvvəl Rusiya Böyük Lojası tərəfindən yaradıldığı, Azərbaycanın bir sıra nüfuzlu şəxslərinin, iri biznesmenlərinin və o cümldən yüksək vəzifəli məmurlarının orada təmsil olunduğu bildirilir.

Lakin Bakıdakı mason sammiti ətrafında müəmmalı hadisələr baş verməkdədir. Belə ki, sammitə qatılmaq üçün gələn Rusiya masonlarının nümayəndə heyəti bu yubiley mərasimində nəyə görəsə iştirak etməyiblər.

Belə ki, Rusiya Böyük Lojasının Böyük magistri, prezidentliyə eks-namizəd, politoloq Andrey Boqdanov assambleyanın keçirildiyi saatlarında Bakı bulvarında gəzərkən görünüb. Vesti.az Boqdanovla əlaqə saxlayıb, amma o situasiyanı şərh etmək istəməyib. Bundan əvvəl Boqdanov yerli mətbuata açıqlamasında bildirmişdi ki, 10 ildir hər il bu vaxtlarda Bakıya gəlir. Çünki Azərbaycan Böyük Milli Lojasının Assambleyasında iştirak edir.

Məlumata görə Azərbaycan Böyük Milli Lojasının bütün rəhbərliyi ABŞ vətəndaşlığı daşıyan iranlılardan və türklərdən ibarətdir. 10 ildir yaradılsa da bu loja Azərbaycanın Ədliyyə Nazirliyində qeydiyyata alınmayıb. Mason ənənələrinə və qanunlarına görə Böyük Loja ancaq o ölkədə yaradılır və fəaliyyət göstərir ki, həmin ölkənin hakimiyyəti buna icazə versin. Məhz bu səbəbdən İngiltərə Böyük Lojası indiyə qədər Azərbaycan Böyük Milli Lojasını tanımır. İstisna deyil ki, Rusiya Böyük Lojası da Azərbaycan lojasını tanımaq barədə qərarına yenidən baxacaq.

Şayiələrə görə Azərbaycan Böyük Milli Lojası FETÖ-çü türklərin və ABŞ-da olan şah tərəfdarı iranlıların təsiri altına düşüb. Bu da Rusiya, Türkiyə və İranın maraqlarına uyğun deyil.