vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
14:28 | 17 avqust 2018 | Cümə Məqaləyə 2325 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Azərbaycan KTMT-ya qoşula bilməz”

Arif Rəhimzadə: “Dağlıq Qarabağ məsələsi öz həllini tapmayınca, …”

Mirmahmud KAZIMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli haqqin.az-a müsahibəsində deyib ki, yeni geosiyasi şərtlər daxilində Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını da nəzərdən keçirmək olar.

“Düşünürəm ki, yeni geosiyasi şərtlər daxilində Azərbaycanın hətta KTMT-də iştirakını da nəzərdən keçirmək olar. Xatırlatmaq istəyirəm ki, bu strukturun yarandığı ərəfədə - ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulmuşdu”-deyə, deputat bildirib.

Məsələ ilə bağlı Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Arif Rəhimzadə isə Modern.az-a açıqlamasında bildirib ki, hazırki şəraitdə Azərbaycan KTMT-ya qoşula bilməz.

“Ermənistan işğalçı dövlətdir. Hazırda biz Ermənistan dövləti ilə müharibə şəraitində yaşayırıq. Onların olduğu təşkilatda bizim nə işimiz ola bilər axı?! Hesab edirəm ki, Dağlıq Qarabağ məsələsi öz həllini tapmayınca biz Ermənistan dövləti olan yerə getməməliyik”.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Belarus , Qazaxıstan, Qırğızıstan,  Tacikistan və Ermənistan daxildir.