vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
10:06 | 18 avqust 2018 | Şənbə Məqaləyə 2249 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mahmudəli Çöhrəqanlıdan müraciət

“Güney Azərbaycanlı aktivistlərin diqqətinə!”

Mahmudəli ÇÖHRƏQANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Hamımızın bildiyi kimi hal-hazırda yüzlər Güney Azərbaycanlı türklər, mühacir, köçmən və ya sığınması adıyla Türkiyədə yaşamaqdadılar. Bunların içində sadıq və şərəfli millətçi hərəkatçılar az deyildir, amma bir ayrı tərəfdəndə baxarsaq içərilərində İran Fars faşist molla rejimi elemanlarıda sızmamış sayılmazlar (necə ki bunlardan bəziləri P.Pakmehr kimi İran rejimi elemanı olaraq tutuqlanaraq Türkiyədən deport edilmişlər).

Gərçək budur ki bizlər bu vətəndaşlarımızı minlər kilometr onlardan uzaqlarda yaşadığımız üçün yaxından tanımaq imkanımız olmayıb və yoxdur və onlarla birlikdə olmadığımıza görə də etdikləri fəaliyyətlər və eyləmlərlə tanışlığımız ola bilməz. Liza hakim olan vəziyyəti əsas tutaraq, birinin günahkar və ya məsum olduğuna hökm verməyimiz doğru deyildir.

Dolayısıyla yalnız Türkiyənin hüquq məsullarından ciddiyyətlə istəməliyik ki bir Güneyli günahsız insanı İran Fars rejimi istədi deyə həbs edərək cəzalandırmamalıdılar. Əgər belə bir yanlışa düçar olsaq, uca Türk milləti və Tarix bunu bağışlamayacaq.

Əlbəttə ki, demokratiya və hüquq qayda və qanunlarına hər kəs tabe olmalı və boyun əyməlidir, yəni eynən hüquq yasalarına dayanaraq birisi sui-istifadə edib və ya suç işləmişsə onun cəzasınıda çəkməkdən qaçmamalıdır.