vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
18:32 | 30 yanvar 2019 | Çərşənbə Məqaləyə 1098 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Qarabağ, yaxud Azərbaycan ...”

Paşinyan ərazilərin əvəzinə sülh variantına şans vermədi

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan hökuməti Qarabağ tənzimlənməsində “sülh əvəzinə ərazilər” formulunu müzakirə də etmir. Bunu Ermənistanın baş naziri Nikol Pşainyan keçmiş prezident Levon Ter-Petrosyanın siyasətini davam etdirdiyi və ərazilərin təhvil verilməsi məsələsini müzakirə etdiyi ilə bağlı sualı cavablandırarkən jurnalistlərə bildirib.

“Sputnik Ermənistan” xəbər verir ki, Paşinyan suala belə cavab verib: “Biz “sülh əvəzinə ərazilər” formulunu müzakirə edə bilmərik. Hökumətimiz Qarabağ üzrə əvvəlki heç bir hökumətin aparmadığı siyasəti aparır və paralellər aparmaq (keçmiş və hazırkı hakimiyyətlər arasında – red.) tamamilə yanlışdır”.

Qarabağ məsələsi üzrə danışıqların davam etdirilməsi haqqında danışarkən Paşinyan qeyd edib ki, bununla xarici işlər nazirləri məşğul olurlar: “Biz Əliyevlə danışdıq ki, nazirlər bu istiqamətdə işləyirlər, həmsədrlərlə birlikdə tövsiyələrini təqdim edəcəklər, biz də onları müzakirə edəcəyik”.

Paşinyan onu da vurğulayıb ki, Davosda Əliyevlə danışıqlar olmayıb, qeyri-rəsmi ünsiyyət olub və bu zaman fikir mübadiləsi aparılıb. Bununla birlikdə Paşinyan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla Qarabağ məsələsini müzakirə etməsi ilə bağlı məlumatları təkzib edib.

“Boltonla Qarabağ münaqişəsi müzakirə edilməyib. Qarabağ, yaxud Azərbaycan sözləri işlədilməyib”, - baş nazir deyib.