vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
13:05 | 19 fevral 2019 | Çərşənbə axşamı Məqaləyə 1585 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vardanyanı axtarırlar

Çeçen-azərbaycanlı davasının səbəbkarı tapıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Moskvadakı “Neolit” kafesində bir qrup azərbaycanlı ilə çeçen arasında baş vermiş insidentin səbəbkarı erməni olub. İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri Fuad Abbasov apardığı jurnalist araşdırmasından sonra bu cür sensasion bəyanatla çıxış edib.

Abbasov özünün Rusiya hüquq-mühafizə orqanlarına ünvanlanan video-müraciətində münaqişənin ilk günündə çeçenlərin hansısa azərbaycanlını axtardığını bildirib:

“Onlar “WhatsApp”da və digər sosial şəbəkələrdə bir-birilərinə həmin azərbaycanlının fotosunu göndəriblər. Çeçenlərin fikrincə, məhz həmin şəxs günahkar olub və onu cəzalandırmaq lazımdır. Bununla belə, azərbaycanlının adı qeyd olunmayıb”.

Daha sonra isə jurnalist çeçenlərin axtardığı həmin “azərbaycanlı”nın pasportunun şəklini göstərir.

Məlum olur ki, bütün baş verənlərin günahkarı, çeçenlərin axtardığı şəxs özünü azərbaycanlı kimi qələmə verən Ermənistan vətəndaşı 1993-cü il təvəllüdlü Harnik Aramoviç Vardanyandır.

Qeyd edək ki, Abbasov videonun 06:44-cü dəqiqəsindən etibarən informasiyanı Azərbaycan dilində təqdim edir.