vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
15:13 | 20 fevral 2019 | Çərşənbə Məqaləyə 1679 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Su”nun qabağını “F-16” kəsə bilər

Azərbaycan ABŞ-dan “döyüşən şahin” alır?

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın böyük imkanları var və o, istədiyi silahı əldə edir. Rusiyadan başqa heç bir ölkə isə Ermənistana kreditlə silah verməz. Azərbaycan, misal üçün, Türkiyədən “F-16”ları ala bilər. Bu təyyarələri Türkiyə və ABŞ birgə istehsal edir, o cümlədən ixrac edirlər. Təbii ki, bu təyyarələrin Azərbaycana satılması üçün ABŞ-n razılığı olmalıdır. Düşünürəm ki, Vaşinqton “F-16”ların Azərbaycana satılmasına razılıq verəcək.

Bu fikirləri rusiyalı hərbi politoloq Pavel Felgenhauer deyib.

Politoloq bildirib ki, Azərbaycan Rusiyadan da döyüş təyyarələri, elə “Su-30SM”ləri ala bilər:

“Moskva Bakının belə bir istəyini dərhal yerinə yetirər. Hətta Azərbaycana birbaşa zavod istehsalı olan təyyarələr satılar. Yeni istehsal edilənlər yalnız Çinə satılıb, lakin Azərbaycana da satılması mümkündür. Azərbaycan həmçinin, Rusiya mühərriki ilə təchiz olunmuş Pakistan və Çinin birgə istehsal etdiyi təyyarəni də ala bilər. Lakin hazırda ən real variant Türkiyədən almaqdır”.

Hərbi ekspert Üzeyir Cəfərlinin fikrincə isə “F-16” qırıcılarının Azərbaycana satılması nəzəri baxımdan mümkündür:

“Düşünmürəm ki, ABŞ Azərbaycana bu təyyarələri satsın və hətta Azərbaycan bu təyyarələrdən almaq istəsin. Amma Azərbaycan Amerika istehsalı olan 4 hərbi helikopter alıb. Həmin helikopterlər də ötən ilk keçirilən hərbi paradlarda nümayiş olunub. Baxmayaraq ki, münaqişə vəziyyətində olan tərəflərə silah satışı ilə bağlı embarqo var, amma Azərbaycan bu helikopterləri əldə edib. Mütləq deyil ki, həmin döyüş vasitələri Amerikanın özündən alınsın. “F-16” təyyarələri müasir olduğu qədər də bahalıdır. Azərbaycan “F-16”sız da rahat şəkildə öz hərbi tələbatını qarşılaya bilər. Bu o demək deyil ki, Azərbaycanın yeni silahlara ehtiyacı yoxdur. Ehtiyac həmişə var. Lakin indiki məqamda bizim təcili bir işimiz yoxdur ki, mütləq şəkildə “F-16” qırıcısı alaq. Hər halda, bu günə qədər Azərbaycanda Hərbi Hava Qüvvələri və Hərbi Hava Hücumundan Müdafiə Qoşunlarının silah-sursatı ölkənin öz hava məkanını tam şəkildə qorunmasına imkan verir”.

Hərbi ekspert “F-16” təyyarələrinin digər qırıcılardan üstünlüklərini də izah edib:

“”F-16”ların digər modellərə nisbətən manevr imkanları daha çoxdur. Bu təyyarə ilə hədəfi müəyyən edib sıradan çıxarma göstəriciləri, malik olduğu avadanlıq oxşar qırıclardan xeyli fərqlənir. Pilotlar bu tip təyyarələrdə döyüş tapşırığını yerinə yetirəndən sonra hədəfdən yayınmaq, müxtəlif manevrləri yerinə yetirmək üçün çoxlu imkanlara sahib olurlar. Ona görə də bir çox ölkə bu təyyarələrə sahib olmaqda istəklidir”.

Üzeyir Cəfərli rusiyalı politoloqun Azərbaycanın Rusiyadan “SU-30” qırıcılarını almaq iddialarını da cavablandırıb:

“Ermənistan artıq həmin təyyarədən 4 ədəd alıb. Ondan 2-ni də almaq istiqamətində aparılan müzakirələr isə yekunlaşıb. Rusiya, sözsüz ki, kompleks şəkildə işləyir. Həm təbliğat, həm də təşviqat istiqamətində çalışır. Yəni Ermənistan alıb və məqamdır ki, Azərbaycan da alsın. Amma bu gün Hərbi Hava Qüvvələrinin bazasında olan döyüş maşınları kifayət qədər ciddi potensiala malikdir. Bizim Hərbi Hava Qüvvələri və Hərbi Hava Hücumundan Müdafiə Sistemimiz Ermənistandan qat-qat üstündür. Bu, keçmiş SSRİ dövründə də elə idi, indi də belədir. Çünki Azərbaycan strateji nöqtədə yerləşir. Burada mühüm hərbi qərargahlar yerləşirdi. Müstəqillik dövründə də Azərbaycan bu ənənəni davam etdirir. Ermənistan da Azərbaycanın hərbi gücündən xəbərdardır. Rusiya isə bu məqamda Azərbaycanı seçim qarşısında qoymağa çalışır. Lakin biz gizlətmirik Azərbaycanda 2019-cu ildə İtaliya istehsalı olan döyüş-təlim təyyarələri və Pakistan istehsalı olan təyyarələrinin havaya qalxması gözlənilir. Bu məsələ ilə bağlı bütün problemlər öz həllini tapıb”.

 

“F-16” – Döyüşən şahin

 

İstehsalına 1974-cü ildən başlanılıb. Amerika Birləşmiş Ştatlarının "General Dynamics" şirkəti tərəfindən dizayn və istehsal edilən bu qırıcılar ABŞ və müttəfiq ölkələrin silahlanmasında istifadə olunan, çoxməqsədli, dördüncü nəsil hərbi təyyarədir. II Dünya Müharibəsindən yekunlaşandan bəri Sovet istehsalı “MiQ-21” və ABŞ istehsalı “F-4” qırıcı təyyarələrindən sonra ən çox istehsal olunan 3-cü qırıcı təyyarə hesab olunur. Bu qırıcıdan 2016-cı ilin iyul ayına qədər 4.573 ədəd istehsal olunmuşdur. “F-16”lar “B-61” nüvə bombası da daşıya bilir.

“F-16 Fighting Falcon” xarici bazarlarda 75-80 milyona təklif edilir. Lakin bura təyyarələr üçün ehtiyat hissələri və silah sistemləri daxil deyil. Tam təchizatda bu təyyarələrin qiyməti 120 milyon dollara qədər qalxır. Hazırda kompleks satış qiyməti 34 milyon dollardır.

ABŞ-dan sonra ən çox “F-16” hərbi təyyarələrindən istifadə edən ölkələr İsrail və Türkiyədir. Qardaş ölkənin Hərbi Hava Qqvvələrində  270-dən artıq “F-16” var. ABŞ indiyə kimi 25 ölkəyə 4400-dən çox “Döyüşən şahin” satıb.

Bəhreyn, Belçika, Çili, Danimarka, Misir, Yunanıstan, İordaniya, İndoneziya, İtaliya, Mərakeş, Niderland, Norveç, Oman, Pakistan, Polşa, Portuqaliya, Sinqapur, Cənubi Koreya, Çin Respublikası, Tailand, BƏƏ, Venesuelanın arsenalında “F-16” qırıcıları mövcuddur.