vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 23 may 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
KİNO-TEATR  
18:45 | 21 fevral 2019 | Cümə axşamı Məqaləyə 353 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tarixi filmin film tarixi

“Nəsimi” barədə bilinməyən gerçəklər

Zaur ƏLİYEV, Dosent

MÖVZU İLƏ ƏLAQƏLİ

1970-ci ildə Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev Suriya Ərəb Respublikasında səfərdə dahi şair Nəsiminin məzarını ziyarət edir. Bakıya döndükdən sonra Nəsiminin tanıdılması üçün müvafiq işlərin görülməsi üçün ziyalılara tapşırıq verir.

Nəsiminin 600 illiyi yaxınlaşanda görkəmli ictimai xadim və şair Rəsul Rza Suriyaya, Hələb şəhərinə göndərildi. Rəsul Rza Hələbdən Nəsiminin 4 divanı, biri farsca, biri ərəbcə, ikisi türkcə tərəfdən Azərbaycana gətirəndən sonra filmin çəkilməsinə göstəriş verilir. Filmi ərsəyə gətirmək isə yazıçı-dramaturq, xalq artisti, ssenarist, kinorejissor, ictimai xadim Həsən Seyidbəyliyə həvalə edilir. “Nəsimi” keyfiyyətli olması üçün Azərbaycan kino tarixində xarici valyuta ilə alınan “Kodak” markalı plyonkaya çəkilən ilk film oldu. Ekran əsərinin mükəmməl olması üçün ayrılan vəsaitdən əlavə olaraq dövlət büdcəsindən pul ayrıldı. Misal olaraq deyə bilərik ki, “Nəsimi” filmi üçün on ədəd çox bahalı xalça belə alınmışdı.

Ziddiyyətli tarixi dövrün materiallarını ilk dəfə bədii kinoya gətirmək doğrudan da, riskli bir iş idi. Ancaq Həsən Seyidbəyli buna razı oldu. Filmin bədii keyfiyyətləri yüksək idi və Nəsiminin dövrü, onun həm şair, həm də yüksək duyğulara malik insan kimi kinoportreti tamaşaçıları valeh etmişdi. Həsən Seyidbəyli sənətdə heç vaxt güzəştə gedən adam olmayıb. Rejissora nəyisə diktə etmək mümkün deyildi. Həmkarları onu çəkiliş zamanı çox tələbkar, nizam-intizamlı rejissor kimi tanıyırdı. Özü məsuliyyətli olduğu üçün də məhz belə keyfiyyətlərə malik aktyorlara üstünlük verirdi. Baş rolların ifaçılarını özü seçir və heç vaxt da seçimində yanılmırdı. “Nəsimi” obrazını oynayan Rasim Balayev də məhz Həsən Seyidbəylinin kəşfi idi. Azərbaycan kinosunda Rasim Balayevin uğur qazanmasının səbəbkarı Həsən Seyidbəylinin məktəbi idi. Həsən Seyidbəylinin bu filmlə təkcə tariximizi deyil, o cümlədən milli mədəniyyətimizi, mentalitetimizi, ədəbiyyatımızı, musiqimizi ümumilikdə qədim Azərbaycanın həyatını əks etdirib.

“Nəsim” yeganə tarixi filmdir ki, orada heç bir dekorasiyadan istifadə edilməyib. Çəkiliş aparılan bütün məkanlar tam təbii idi. Bu ekran əsəri 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kinofestivalında “Tarixi Mövzuda Ən Yaxşı Film” nominasiyası üzrə qalib olub. “Ən Yaxşı Kişi Rolunun İfası” nominasiyasında II yeri isə baş rolun ifaçısı, gənc aktyor Rasim Balayev qazanmışdı.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *