vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
ƏDƏBİYYAT  
11:55 | 28 iyun 2019 | Cümə Məqaləyə 18301 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nəsimidən Füzuliyə...

“Azərbaycan klassik poeziyasının dahiləri” mövzusunda şeir müsabiqəsi başa çatıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Ölkəmizdə “Nəsimi ili” elan olunması ilə əlaqədar tədbirlər çərçivəsində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Nəsimidən Füzuliyə – Azərbaycan klassik poeziyasının dahiləri” mövzusunda ədəbi-bədii gecə təşkil edilib.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu Avrasiya Regional Mərkəzi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dini Araşdırmalar Mərkəzinin dəstəyi ilə həyata keçirilən tədbirdə, eyni zamanda, bu ilin əvvəlindən gənc şairlər arasında elan olunmuş şeir müsabiqəsinə yekun vurulub, qaliblər mükafatlandırılıb.

Tədbiri Dini Araşdırmalar Mərkəzinin rəhbəri Natiq Rəhimov açaraq bu kimi müsabiqələrin klassik poeziyamızı gənclər arasında təbliğ etmək, daha yaxşı tanıtmaq və ənənələri qorumaq saxlamaq istiqamətində əhəmiyyətini qeyd edib.

Qəzəlxan şair Arif Buzovnalı Orta əsrlər Şərq irfan poeziyasında hər iki şairin – Nəsimi və Füzulinin yaratdıqları məktəb, eləcə də onların əsərlərinin poetik simvolları barədə danışıb.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Tərlan Quliyev Nəsimi və Füzulinin Azərbaycan və Şərq poeziyasında oynadığı rol, hər iki şairin əsərlərinin özünəməxsusluqları barədə məruzə ilə çıxış edib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı-dramaturq İlqar Fəhmi bu cür tədbirlərin keçirilməsinin Nəsimi və Füzuli irsinin təbliğində mühüm rol oynadığını söyləyib.

Daha sonra qaliblərin adları açıqlanıb. Birinci yeri Kamal Hüseynzadə, 2-ci yeri Vəlixan Abdullayev, 3-cü yeri isə Xəyal İsmayılov qazanıb.

Sonda İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzi İdarə Heyətinin sədri Elçin Əsgərov, eləcə də tədbirə qonaq qismində qatılmış İraq Respublikasının nümayəndəsi Əli Mutar Əl-Şükri çıxış edərək “Nəsimi ili” təşəbbüsünün Azərbaycan ədəbiyyatının və mədəniyyətinin dünyada tanıdılmasına yönəlmiş əhəmiyyətli addım olduğunu və bu cür tədbirlərin keçirilməsinin vacibliyini qeyd ediblər.

Tədbir muğam ustalarının musiqili proqramı ilə davam edib.