
Türk ədəbi dilinin banisi
Hürufiliyin dini təriqətdən siyasi cərəyana çevrilməsi Səfəvi dövlətinin yaranmasında əsas rol oynayıb
Hürufiliyin dini təriqətdən siyasi cərəyana çevrilməsi Səfəvi dövlətinin yaranmasında əsas rol oynayıb
“Azərbaycan klassik poeziyasının dahiləri” mövzusunda şeir müsabiqəsi başa çatıb
Beynəlxalq elmi konfransda maraqlı məruzələr dinlənildi
“Nəsimi” barədə bilinməyən gerçəklər
Türkiyədə çəkilən, Azərbaycanda və bir çox ölkələrdə izlənilən “Möhtəşəm Yüzil” serialında tarixi faktların əksəriyyəti saxtalaşdırılıb və bəzən isə hətta elə formada təqdim edilib ki, dövr barədə yanlış məlumatlar yayımlanıb. Filmin əsas qəhrəmanlarından biri Sultan I Süleymanın xanımı Hürrəm Sultandır. Hürrəm Sultanın Osmanlı sarayına gələnə qədərki həyatı haqqında tam məlumat yoxdur.
Deyilənə görə, Polşa Krallığına tabe olan Roqatində (Ukrayna) 1504-ci ildə doğulmuşdur. XVI-XVII əsr mənbələrinə görə Hürrəm ukraynalı pravoslav keşişinin qızıdır. Əsl adı Aleksandra Anastasiya Lisovska, Avropada tanınan adı Roksolana, ərəb ölkələrində Karima kimi tanınırdı. Sultan sarayında əsas simalarından biri olan Hürrəm dahi İmaddədin Nəsiminin şeirlərini çox sevirdi. Ukrayna yazıçısı Pavel Zaqrebelnının "Roksolana" əsərində bu barədə yazılır: “Sarayın təzkiriyyəçisi Lətifi ağaya bütün osmanlı dövrünün ədəbiyyat nümunələrini toplamağa tapşıranda ona köhnə cildli bir kitab təqdim edirlər. Bu Nəsimin qəzəlləri idi. Bəyazid zamanı Əhməd Harəvi tərəfindən üzü köçürülən bu qəzllər Hürrəm Sultanın diqqətini cəlb edir və onu oxuduqdan sonra Nəsimi barədə maraqlanmağa başlayır. Ona Nəsimin Əmir Teymur zamanında təqibə məruz qalmasını və sonda dərisinin soyularaq qətl edildiyini deyirlər.”
Bundan sonra Nəsiminin divanını daima üzərində gəzdirən Hürrəm Sultan heretik cəryanın üzvü idi. O dini islahatlar tərəfində idi. O Nəsiminin divanın Sultan Süleymana da oxumağa təqdim edir. Türk tədqiqatçısı Günay KUT yazır ki, Nəsimin şeirlərindən təsirlənən Sultan onun ən çox “Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım” şeirini sevirdi. Hətta bundan ilhamlanaraq Hürrəm Sultana bu şeirə nəzirə olaraq aşağıdakı qəzəli yazmışdır:
Celis-i
halvetüm, varum, hablbüm, mah-ı tabanum
Enisüm,
mahremüm, varum, güzeller içre sultanum
Neşil.tum,
işretüm, bezmüm, çeriigum, neyyirüm, şem'üm
Turunc
u niir u niirencüm ben üm şe m' -i şebistiinum
Nebiitum,
şekkerüm, gencüm, bu alem içre bi-rencüm
Azizüm,
Yfisufum, varum, gönül mısrındaki hiinum
Sitanbulum,
Karamanum, diyar-ı milket-i Rfimum
Bedehşiinum
u Kıpçagum u Bagdfidum Horasanuru
Saçı
vavum kaşı yayum gözi pür-fitne birnilrum
Ölürsem
boynma kanum meded hey nii-müselmiinum
Kapunda
çünki meddilhem seni medh iderem daim
Yürek
pür-gam gözüm pür-nem Muhibbi'yem hoş-elhiinum.
P. S.: Davamında Hürrəm Sultanın hürufi cəmiyyətinin üzvü barədə yazı olacaq...