vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
MƏHKƏMƏ, İSTİNTAQ  
16:39 | 28 fevral 2014 | Cümə Məqaləyə 2578 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sahibkarın istintaqı yekunlaşdı

Prokurorluq cinayət işini məhkəməyə göndərdi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ayla» Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılmış istintaqla MTK-nın təsisçisi Əli Abışovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kooperativin baş mühasibi Əhliman Verdiyevlə birgə kooperativin Suraxanı rayonu ərazisində inşa etdiyi yaşayış binasının 37 sakinindən binaya təbii qazın verilməsini, həmçinin mənzillərə mülkiyyət hüququna dair sənədlərin alınmasını vəd edib aldadaraq toplanmış 77 min 595  manat məbləğində pul vəsaitinin 60 min 297 manatını ələ keçirib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan Əli Abışova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində həbs, Əhliman Verdiyevə isə həmin məcəllənin 32.5, 178.3.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.

İstintaq dövründə vətəndaşlara dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunub.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.