vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
CƏMİYYƏT  
13:25 | 9 avqust 2014 | Şənbə Məqaləyə 2984 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ağır, az ağır, yüngül ...

Nəsil törətmə qabiliyyətinin itirilməsi ağır xəsarət sayılacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda avtomobil qəzaları zamanı nəsil törətmə qabiliyyətinin itirilməsi-cinsi əlaqədə olma, mayalandırma, döllənmə və doğuş qabiliyyətinin itməsi həyat üçün təhlükəli olmayan, lakin nəticələrinə görə ağır hesab edilən xəsarət sayılacaq. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi «Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı»nda əksini tapıb.

Xəsarətlə birbaşa səbəbli əlaqəsi olan, müddətindən asılı olmayaraq hamiləliyin pozulması da həyat üçün təhlükəli olmayan, lakin nəticələrinə görə ağır hesab edilən xəsarət sayılacaq. Həyat üçün təhlükəli olmayan, lakin nəticələrinə görə ağır hesab edilən xəsarət növləri sırasında görmənin itirilməsi, yəni hər iki gözdə tam daimi (dayanıqlı ) korluq və yaxud 2 metr və ondan az məsafədə barmaqların sayıla bilməməsinə qədər görmənin itməsi vəziyyəti (görmə itiliyi 0,04 və daha az), bir gözdə görmənin tam itməsi yer alıb. Ancaq kor gözün çıxarılmasına səbəb olan zədələnmə sağlamlığın pozulma müddətinə görə qiymətləndirilməlidir. Görmə qabiliyyəti, əvvəldən zəifləmiş (1,0-dan aşağı) gözlərdə görmənin itirilməsi barədə Səhiyyə Nazirliyi tərəfindən qəbul olunmuş faiz cədvəlinə görə təyin edilir. Bu növ xəsarətlər siyahısında eşitmənin itməsi, yəni tam karlıq və yaxud zərərçəkənin danışıq nitqini hər iki qulaq seyvanından 3-5 sm məsafədə eşitməməsi kimi bərpa olunmayan vəziyyət, bədənin hər hansı bir üzvünün və yaxud onun funksiyasının itirilməsi, dilin (nitqin) itirilməsi, yəni öz fikrini ətrafdakılara başa düşülən, aydın səslərlə çatdırmağı bacarmamaq, qol və ya qıçın itirilməsi-onların gövdədən ayrılması və ya dirsək, diz oynaqları səviyyəsindən aşağı olmamaqla amputasiyaları və yaxud funksiyasının itirilməsi (iflic və ya onların fəaliyyətini tam pozan digər vəziyyət), psixi pozuntuya və ya ruhi xəstəliyə səbəb olma, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla, daimi (dayanıqlı) itirilməsi, peşəkar əmək qabiliyyətinin tam itirilməsi, narkomaniya və ya toksikomaniyaya səbəb olma, sifətdə bərpa olunmayan xəsarətlər də yer alıb. Sifətdə bərpa olunmayan xəsarətlər dedikdə sifətdə, eləcə də qulaq seyvanında vaxt keçdikcə bərpa olunmayan və onların aradan qaldırılması üçün cərrahi müdaxilə (plastik və rekonstruktiv əməliyyatlar) tələb olunan patoloji dəyişik­liklər (çapıqlar, burnun və qulağın hissəvi, eləcə də tam amputasiyaları, deformasiya, mimika və çeynəmə pozuntuları, kəskin nəzərəçarpan asimmetriya və s.) nəzərdə tutulur. Vaxt keçdikcə öz gedişi boyu, eləcə də qeyri-cərrahi vasitələrlə əhəmiyyətli dərəcədə bərpa olunan, çəkilib gedən xəsarətlər isə sifətin bərpa olunmayan xəsarət­ləri hesab edilmir və xəsarət növlərinin digər dərəcələrindən birinə aid edilir.

Qeyd olunub ki, sığorta şirkətləri icbari sığorta ödənişlərini xəsarət növlərinə müvafiq olaraq ödəməlidirlər və Nazirlər Kabinetinin qərarı bu sahədəki boşluğu aradan qaldıracaq.