vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
AKTUAL  
17:40 | 22 iyun 2019 | Şənbə Məqaləyə 1857 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Siyasi gərginliklər neft bazarını da “alovlandırır”

“Qara qızıl”da qəfil qiymət artımına səbəb olan amillər

Nərgiz LİFTİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya bazarında neftin qiyməti artmağa başlayıb. Belə ki, “Brent” markalı neftin qiyməti 65 dolları ötüb. “Brent” markalı neftin avqust fyuçersləri London birjasında 1,27 faiz artaraq 65,27 dollar/barel səviyyəsində satılıb.

Nyu-York birjasında “WTI” markalı neftin avqust fyuçersləri isə 0,84 dollar artaraq, bir barel üçün 57,55 dollara çatıb. Ekspertlər bildirir ki, dünya birjalarında neftin qiyməti geosiyasi proseslər fonunda artır.

İranın ABŞ-a məxsus pilotsuz uçan aparatı vurması, Birləşmiş Ştatlarla Çin arasında ticarət razılaşmasının imzalanacağına dair gözləntilər, ABŞ-ın xam neft ehtiyatlarının geriləməsi “qara qızıl”ın qiymətinin 2 faizədək artmasına səbəb olub.

İyunun 20-də səhər saatlarında ABŞ və Çin arasında ticarət danışıqlarının bərpa edilməsi, eləcə də OPEC+ ölkələrinin görüşünün gözlənilməsi fonunda neft kotirovkaları artıb. İki əhəmiyyətli hadisənin - ABŞ-Çin ticarət danışıqları və OPEC+ ölkələrinin Vyana görüşünün gözlənilməsi, eləcə də ABŞ-da ehtiyatların azalması barədə məlumatlar bazarda qiymətlərin artmasına şərait yaradır.

Qeyd edək ki, iyunun 14-də başa çatan həftə ərzində ABŞ-da neft ehtiyatları 311 milyon barel azalaraq 482,4 milyon barelə çatıb. Bu azalma göstəricisi ötən beş ilin bu dövrü üzrə orta səviyyədən 7 faiz çoxdur. ABŞ-da benzin ehtiyatları keçən həftə 1,69 milyon barel azalıb.

Bundan başqa, Federal Ehtiyat Sistemin (FED) iyunun 18-19-da keçirilmiş iclasdan sonra tonunun dəyişməsi fonunda ABŞ dollarının bütün əsas valyutalara qarşı zəifləməsi də neft bazarına müəyyən dəstək təmin edir.

“CFRA Research”ün analitiki Stiven Qlikman “MarketWatch”a  açıqlamasında bildirib ki, neft bazarı üçün ABŞ-ın monetar yox, daha çox büdcə siyasəti vacib katalizator rolu oynayır.

Çərşənbə günü OPEC+ ölkələrinin qarşıdakı görüşü iyulun 1-2-nə keçirməyi qərara aldıqları məlum olub. Bu görüşdə neft hasilatının məhdudlaşdırılması üzrə sazişin müddətinin uzadılıb-uzadılmaması və hansı şərtlərlə bunun edilməsi barədə qərar qəbul edilməlidir.

İqtisadçılar hesab edir ki, neft qiymətlərinin perspektivdə necə olması bu qərardan da asılı olacaq. Hələlik isə qara qızılın qiymətinə daha çox iqtisadi amillər deyil, siyasi münaqişələr təsir göstərir.

İqtisadçı ekspert Rəşad Həsənov mediaya açıqlamasında bildirib ki, İqtisadi şərtlər müəyyən qədər neftin qiymətinin azalması istiqamətində təzyiqlər göstərir: “Bu faktorlar qalmaqdadır. Həm ABŞ-da neft hasilatının artması, həm OPEK-in hasilatın azaldılması ilə bağlı birmənalı fikirdə olmaması, OPEK-in qiymətin yaratdığı dezavantajlarla bağlı narahatlığı qalmaqdadır. İranın neft hasilatının azalmasından qaynaqlanan çatışmazlığın bazarda digər hasilatçılar, xüsusən də Səudiyyə Ərəbistanı tərəfindən kompensasiya edilməsi, dünya iqtisadiyyatının artım tempi, habelə Avropa Birliyi iqtisadiyyatı ilə bağlı neqativ proqnozlar  neft qiymətlərini aşağı çəkən faktorlardır. İndiki halda qiymətlərin daha çox ucuzlaşmasının qarşısını alan və son iki gündə bahalaşmasına səbəb olan amil İran və ABŞ arasında olan münasibətlərdir. Qısamüddətli dövrdə bu siyasi proseslərin investorlarda yaratdığı qənaət son nəticədə qiymətləri artırdı. Bu, növbəti bir neçə ayda da neft bazarında əsas amillərdən biri olaraq qalacaq. Körfəzdə yaşananların hələ ki  dünya neft bazarına təsiri böyükdür. Dünya neftinin təxminən 30 faizi Körfəzdən daşınır. Bu gün bazarda qiymət artımını formalaşdıran əsasən siyasi faktorlardır. Neftin ucuzlaşmasının səbəbini isə iqtisadi amillər, tələb və təklif arasında olan nisbət kimi qiymətləndirmək lazımdır”.