vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
20:18 | 23 fevral 2022 | Çərşənbə Məqaləyə 1045 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezidentlər Ukraynanı müzakirə edib

Liderlər regional məsələlərə dair fikir mübadiləsi aparıblar

MÖVZU İLƏ ƏLAQƏLİ

Fevralın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olub.

Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, telefon söhbəti zamanı ikitərəfli gündəliyə və regional məsələlərə dair fikir mübadiləsi aparılıb: “Azərbaycan ilə Türkiyə arasında qardaş və dost münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha qeyd olunub”.

Türkiyə Prezident Administrasiyasından yayılan məlumatda qeyd edilir ki, liderlər Rusiya-Ukrayna böhranı başda olmaqla regional məsələlərə dair də fikir mübadiləsi aparıblar.

İki gün öncə, fevralın 21-də Rusiya Ukrayna ərazisində separatçı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın müstəqilliyini tanıyıb.

6 il əvvəl isə Rusiya Ukraynanın bir hissəsini ilhaq etmişdi.