vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
15:40 | 4 aprel 2022 | Bazar ertəsi Məqaləyə 1119 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Katından Buçaya qədər ...

İkincini törədənlər, birincinin səbəbkarının nəvələridir

İbrahim NƏBİOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

1940-ın aprel ayı Katın meşəsi, Smolensk vilayəti, Rusiya. Stalinin əmri ilə 22 min polyakın öldürülməsinə başladılar. Beriyanın məsul olduğu bu vəhşət 28 gecə davam etdi.

Sovet tarixi bu soyqırımı gizlətdi. Rusiya inkar etməyə çalışdı. Hələ də bu insanlıq suçuna tarixi qiymət verməyib ruslar.

Bu gün Ukraynada baş verənlər, İrpen, Hostomel, Buça, Mariupol və  onlarla başqa şəhər və qəsəbələrdə törədilən cinayətlər

Katını bilənlərə təəccüblü gəlməməlidir.

Yaxşı, Katından 82 il keçib.

Deyək ki, Katını (Катынь) bilmirsiz, Babiy Yar (Бабий Яр) haqda məlumatsız, Sandormax (Сандармох) haqda eşitməyibsiz, nə Baturin (Батурин) bilirsiz nə də Bıkovnya (Быковня).

Bəs bu günün Ukraynası?

Axı bu ölkənin başına açılanlara şahidlik edir, gecə-gündüz bu gözəl insanların başına açılanlardan xəbərdarsınız. İçinizdə hələ də baş verənlərə Kremlin pəncərəsindən baxanlar var.

İstədim onlara deyim ki, İrpen, Hostomel, Buça, Mariupol vəhşətləri Katının davamıdır.

İstədim onlara deyim ki, bunları törədənlər Katını törədənlərin uşaqları və nəvələridir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)