vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNEY  
16:46 | 25 aprel 2022 | Bazar ertəsi Məqaləyə 567 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

25 ildə 90 faiz azalma

Urmiya gölünün su səviyyəsi sürətlə düşür

Hamid MƏLIKOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Urmiya gölünün su səviyyəsi ötən ilin eyni müddəti ilə müqayisədə 66 sm azalıb. Qərbi Azərbaycan vilayəti Ətraf Mühit Təşkilatının rəisi Səid Şəhənd hal-hazırda Urmiya gölündə su səthinin açıq sulardan 1270,77 metr yüksək olduğunu bəyan edərək, bu səviyyənin ötən illə müqayisədə 66 sm daha az olduğunu bildirib.

Yayılan son xəbərlərə görə, Urmiya gölündə suyun səviyyəsi azalıb və gölün sahəsi də ötən il ilə müqayisədə kiçilib.

Qərbi Azərbaycan Regional Su Şirkətinin direktoru Məcid Dəstgahi İSNA xəbər agentliyi ilə müsahibədə bu məsələyə toxunub. Dəstgahinin dediyinə əsasən, hazırda Urmiya gölünün sahəsi 2489 kvadrat kilometrdir. O həmçinin gölün suyunun həcminin hazırda 3 milyard 110 milyon kubmetr olduğunu, keçən ilin aprel ayında bu rəqəmin 5 milyard 290 milyon kubmetr olduğunu deyib. Beləliklə, onun sözlərinə görə, Urmiya gölündə suyun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 180 milyon kubmetr azalıb.

Rəsmi tərəfindən verilən statistikaya görə, hazırda Qərbi Azərbaycan vilayətində olan bəndlərin arxasında 1366 milyon kubmetr su var.

Qərbi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Təşkilatının texniki məsələlər üzrə müavini Höccət Cabbari rəsmi dövlət agentliyi olan İRNA-ya deyib ki, Urmiya gölünə bu il bəndlərdən buraxılmasına icazə verilən 3.4 milyard kubmetrdən 700 milyon kubmetr həcmdə su bəndlərdən gölə buraxılıb. Bu rəqəmlər gölə bəndlərdən buraxılmalı olan suyun həcminin yalnız 20 faizinin buraxıldığını göstərir. Rəsmi nümayəndə gölə kifayət həcmdə suyun buraxılmamasının səbəbini yağıntıların azalması və bəndlərin arxasına yetərli miqdarda suyun toplanmaması ilə izah edib.

Urmiya gölü 1996-cı ildən qurumağa başlayıb. Urmiya Universitetinin müəllimi Nasir Aq “İLNA” xəbər agentliyinə deyib ki, gölün quruma prosesi başladıqdan bəri gölün 90 faizi quruyub. “Urmiya gölünün su həcmi 1996-cı ildə yəni quraqlığın əvvəlində 30 milyard kubmetr idi. İndi isə cəmi 3 milyard kubmetri qalıb ki, bu da 10%-ə yaxındır, bu isə fəlakət deməkdir,” o bildirib.

Bəzi ətraf mühit tədqiqatçıları və ekspertlərinin bildirdiyinə görə, bu gölün qurumasının əsas səbəblərindən biri gölə axan çayların qarşısında lazım olmayan və prinsipsiz bir şəkildə tikilən çox sayda bəndlərdir.

İran Azərbaycanında vətəndaşlar dəfələrlə Urmiya gölünün canlandırılması tələbi ilə müxtəlif etirazlar keçirib. Onlar Urmiya gölünə axan çayların qarşısındakı bəndlərin aradan qaldırılmasını tələb etsələr də, İran hökuməti bu məsələyə diqqət yetirməyib və bu etirazlarda iştirak edən bir çox vətəndaş həbs edilərək, məhkəmələrdə fərqli ittihamlar əsasında günahkar tanınıblar.

Urmiya gölü dünyanın ikinci duzlu gölü və İranın ən böyük gölüdür.