vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ELM-TƏHSİL, DİN  
13:05 | 12 mart 2014 | Çərşənbə Məqaləyə 3226 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Onları geri qaytarmaq istəyirik»

«Artıq 15 nəfəri gətirmişik»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Diplomatiya Akademiyasının (ADA) rektoru Hafiz Paşayev Bakıda keçirilən İnvestisiya Sammitində çıxış edib. Ölkədə orta təhsilin vəziyyətinə diqqət çəkən xarici işlər nazirinin müavini bildirib ki, Azərbaycanda orta ümumtəhsil məktəblərinin maliyyə strategiyası dəyişdirilməli, bu məqsədlə fərqli maliyyə mənbələri təklif edilməlidir.

Onun sözlərinə görə, məktəblərdə kurrikulumların daha da təkmilləşdirilməsinə və araşdırma fondlarının yaradılmasına ehtiyac var.

ADA-nın rəhbəri Azərbaycanın ali təhsil müəssisələrində peşəkar kadr çatışmazlığının olduğunu da deyib: «Sovet İttifaqı dağılanda yaxşı mütəxəssislər xaricə getdi. İndi biz təhsilin yenidən qurulması üçün xaricdən yüksək savadlı mütəxəssislər dəvət edirik.  Biz dünyanın ən qabaqcıl təcrübəsini öyrənməyə çalışırıq. Ən çətin iş odur ki, 15-20 il əvvəl Azərbaycandan gedən mütəxəssisləri ölkəyə qaytarmaq istəyirik və bunu edirik. Artıq 15 alimi geri gətirmişik və onlar bizim fakültələrdə əsas kadrlardır. Yeni iş başlayanda inqilab etməyə çalışırıq».