vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
13:16 | 29 iyun 2022 | Çərşənbə Məqaləyə 834 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdəbildə epidemiya təhlükəsi

Əyalətdə Krım-Konqo qızdırması yayılıb

TİMUR

MÖVZU İLƏ ƏLAQƏLİ

Ərdəbil Tibb Elmləri Universitetinin Yolxucu Xəstəliklərə Qarşı Mübarizə Qrupunun rəhbəri Cavad Abışvəndin mediaya verdiyi məlumata görə, əyalətdə Krım-Konqu qızdırmasına yoluxma halları qeydə alınıb.

“Hazırda 8 nəfər Krım-Konqo qızdırmasına yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib və onlardan üçünün testinin nəticələri müsbət çıxıb”, – deyə Abışvənd bildirib.

O, ötən ilin yay fəslində yalnız 5 nəfərin bu qızdırmaya yoluxduğunu xatırladıb və bildirib ki, bu yay bir gündə 3 nəfərin Krım-Konqo qızdırmasına yoluxması yoluxma hallarının çoxala biləcəyi ehtimalını artırır.

Cavad Abışvəndin sözlərinə görə, Ərdəbildə bu xəstəliyin qəti müəyyənləşdirilməsi üçün avadanlıq olmadığını və bunun üçün analiz nəticələrinin “İnstititut Pastor Tehran” laboratoriyasına göndərildiyini deyib.

Bundan öncə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Behzad Əmiri İranda 34 nəfərin Krım-Konqo qızdırmasına yoluxduğunu, iki xəstənin öldüyünü bildirib.