vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNEY  
14:14 | 6 iyul 2022 | Çərşənbə Məqaləyə 740 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Evin zindanına basqın

Təhlükəsizlik qüvvələri siyasi məhbusların kameralarını tar-mar edib

CAVİDAN

MÖVZU İLƏ ƏLAQƏLİ

İran təhlükəsizlik qüvvələrin çevrə fəalları və ikili vətəndaşlığı olan siyasi məhbusların qaldığı 4-cü bölmənin kameralarına basqın edib. Bu barədə Tehranın Evin zindanında saxlanılan məhkumların vəkillərindən biri Höccət Kirmani məlumat yayıb.

Vəkil bildirib ki, məmurlar məhkumlara məxsus bir sıra əşyaları, məktubları və şəxsi əlyazmaları götürüb, başqa şəxsi əşyaları yararsız hala salıb.

Məlumata görə, əşyaları müsadirə edilən fəallar arasında Siyamək Namazi, Murad Tahbaz, Humən Cokar, Sam Rəcəbi, Əmirhüseyn Xaliqi və Tahir Qədiriyan da var.

Hücumun səssiz və məhkəmə hökmü olmadan həyata keçirildiyini deyən Kirmani, zindan rəhbərliyindən məhbuslara aid əşyaların geri qaytarılmasını, dəyən ziyanın ödənilməsini istəyib.

Təhlükəsizlik məmurlarının hücumuna məruz qalan tanınmış çevrə fəalları Murad Tahbaz, Humən Cokar, Sam Rəcəbi, Əmirhüseyn Xaliqi və Tahir Qədiriyan ekoloji fəaliyyətləri ilə bağlı 2017-ci ilin qış ayından həbsdə saxlanılırlar.

Siyamək Namazi və Murad Tahbaz İran-Amerika vətəndaşıdırlar və bundan öncə İran parlamentinin keçmiş nümayəndəsi Əli Mütəhhəri onların İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat bölməsi tərəfindən əsassız yerə tutularaq siyasi mübadilələrdə istifadə olunmalarına çalışıldığını bildirib.