vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AVROPA  
18:22 | 11 iyul 2022 | Bazar ertəsi Məqaləyə 967 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

50 cəsədin kimliyi 27 il sonra bilindi

İndiyədək qətliamın 6 min 671 qurbanının kimliyi müəyyənləşdirilərək dəfn olunub

MÖVZU İLƏ ƏLAQƏLİ

İyulun 11-də Srebrenitsa qırğınının kimliyi yeni müəyyənləşdirilmiş 50 qurbanının qalıqları basdırılıb. Bosniya və Herseqovina qətliamın 27-ci ildönümünü qeyd edir.

Bosniya müharibəsi dövründə Bosniya serb qüvvələri minlərlə bosniyalı müsəlman kişini və oğlanı qətlə yetirib.

***

Niderland isə ilk dəfə olaraq 1992-95-ci illər müharibəsində holland qüvvələrinin genosidin qarşısını ala bilmədiyinə görə üzr istəyib.

“Sülh marşı 2022”yə 3 mindən çox insan qatılıb, Potoçari Memorialına 110 km-lik, üç gün çəkən piyada yürüş iyulun 10-da kulminasiya nöqtəsinə çatıb. Öncəki iki il koronavirus pandemiyasına görə anım tədbirləri məhdudlaşdırılıb.

Yürüş iştirakçıları Srebrenitsa sakinlərinin 1995-ci ilin yayında şəhər Bosniya serb qüvvələrinin əlinə keçəndən sonra getdiyi marşrut üzrə hərəkət edib.

Bu etnik baxımdan parçalanmış ölkədə bir çox serblər və onların liderləri qətliamı tanımırlar. Belqradda isə bəzi qruplar Serbiya paytaxtında toplantı təşkil olunacağını, 11 iyulun ölkədə Anım Günü elan olunmasını istədiklərini deyiblər.

***

Srebrenitsa bələdiyyə başçısının müavini Hamdiya Feyziç soyqırımından sağ çıxdığı üçün bəxti gətirdiyini deyib, baş verənləri “bəşəriyyətin məğlubiyyəti” adlandırıb.

O, Bosniya-Herseqovina rəsmilərini Srebrenitsanı “ölüm deyil, həyat şəhəri”nə çevirmək üçün konkret addımlar atmağa çağırıb.

ABŞ-ın Sarayevodakı səfiri Maykl Mörfi deyib ki, qətllər “təkcə Bosniya-Herseqovina deyil, bütün bəşəriyyət üçün tarixdə qara hadisədir”.

1995-ci ilin iyulunda 8 mindən çox bosniyalı kişi və oğlan serb qüvvələr tərəfindən öldürülüb. Bu, 2-ci dünya müharibəsindən sonra Avropada ən ağır qətl hadisəsi hesab olunur.

İndiyədək qətliamın 6 min 671 qurbanının kimliyi müəyyənləşdirilərək dəfn olunub.

Qurbanların çoxu BMT-nin Srebrenitsada “təhlükəsiz zona” elan etdiyi yerə qaçıblar, ancaq oradakı holland sülhməramlıları onları müdafiə edə bilməyiblər.

***

İyulun 11-də Niderlandın Müdafiə naziri Kasja Ollonqren tədbirdə çıxışı zamanı deyib ki, “beynəlxalq ictimaiyyət Srebrenitsa xalqını adekvat mühafizə ilə təmin edə bilmədi”.

“Niderland hökuməti bu vəziyyətə görə məsuliyyəti bölüşür. Buna görə biz dərin üzrxahlığımızı bildiririk”, – o vurğulayıb.

Beynəlxalq məhkəmələr bu qətliamı soyqırımı kimi tanısalar da, Serbiya və Bosniya serb rəsmiləri bu termini qəbul etmirlər.

Serblərin boşnak və xorvatlarla vuruşduğu Bosniya müharibəsində 100 minədək insan həlak olub.

Bosniya serb ordu komandiri Ratko Mladiç və keçmiş siyasi lideri Radovan Karaciç Srebrenitsa soyqırımına görə ömürlük həbsə məhkum ediliblər.