vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
11:22 | 25 fevral 2019 | Bazar ertəsi Məqaləyə 1945 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xocalını Bakıda yenə kim satdı?

“CBC” dəhlizlərində verilən sabotaj qərar, yaxud “Sonsuz dəhliz”ə düşmən münasibət

MÖVZU İLƏ ƏLAQƏLİ

“CBC” telekanalı litvalı kinematoqrafçıların Xocalı faciəsindən bəhs edən “Endless Corridor” (Sonsuz dəhliz) sənədli filmini nümayiş etdirməkdən imtina edib.

 “Turan” İnformasiya Agentliyi xəbər verir ki, bir neçə il öncə çəkilmiş bu sənədli film Xocalıda bəşəriyyət əleyhinə törədilmiş cinayətlərin əsl miqyaslarını açan ən uğurlu işlərdən biridir.

Film 8 beynəlxalq festivalın qalibi olub və çoxsaylı mükafatların sahibidir.

Azərbaycan tamaşaçılarının uzun müddət bu filmi görmək imkanı olmayıb, belə ki, film telekanallarda nümayiş etdirilən filmləri qəbul etməyən kinofestivallarda göstərilib.

Ötən ildən başlayaraq film Bakıda təqdimatda və AzTV-nin efirində nümayiş olunub. O, bir neçə dilə tərcümə edilib və ona ingilis, rus, ərəb və türk dillərində baxmaq olar.

Agentlik qeyd edir ki, bu günlərdə filmin müəlliflərinin tərəfdaşları filmin rus versiyasını Bakının CBC telekanalına təqdim ediblər və bu zaman nəzərə alınıb ki, həmin kanal rus dilində xarici ölkələrə yayımlanır.

Lakin nə qədər təəccüblü olsa da, müəlliflər telekanaldan rədd cavabı aııblar. Telekanalın xəbərlər departamentinin başçısı filmi “analiz” edib və orada “çatışmazlıqlar” aşkarlayıb.

Bu cür çatışmazlıqlar kimi kadrda siqaretin görünməsi, subtitrlərdə səhvlər, hadisələr üzrə ermənilərin mövqeyinin Arkadi Ter-Tadevosyanın dilindən verilməsi və s. göstərilib.

“Turan” agentliyi qeyd edir ki, cəmi iki il bundan əvvəl telekanalın hazırkı rəhbəri Bakıda Mehriban və Leyla Əliyevaların iştirakı ilə filmin təqdimatında iştirak edib.

Həmin vaxt ölkə rəhbərliyi bu işə böyük qiymət verib, filmin bütün dünyada maksimum nümayişini təşkil etməyə çağırıb.

“”CBC”nin bu münasibətinin və rusdilli tamaşaçılara Xocalı haqqında sənədli filmi nümayiş etdirməkdən imtinasının səbəbini izah etmək çətindir. Amma dövlət vəsaiti ilə bolca maliyyələşdirilən CBC telekanalı faktiki olaraq Qarabağ münaqişəsinin ən mühüm mövzularından birinin sabotajı mövqeyini tutub”, - agentlik bildirib.