vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
14:25 | 14 iyul 2022 | Cümə axşamı Məqaləyə 612 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Yersiz bir təzyiqdir”

Dövlət Departamenti İranda son həbsləri pisləyib

CAVİDAN

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Dövlət Departamenti İrandakı son həbslərlə bağlı bəyanat yayıb. Qurumun Demokratiya, İnsan Haqları və Əmək Departamenti iyulun 13-də İranda yeni həbs dalğası ilə bağlı bəyanat yayıb və İranın tənqidçilərin dinc müxalifətini yatırmaq üçün davam edən səylərini pisləyib.

“İranda son həbslər dinc müxalifətin, o cümlədən siyasi fəallara, kinorejissorlara və məcburi hicab qanunlarına etiraz edən cəsur qadınlara qarşı yersiz bir təzyiqdir.

Amerika İranın ifadə azadlığının həyata keçirilməsinin qarşısını almaq üçün davamlı səylərini pisləyir”, – deyə Dövlət Departamentinin rəsmi Twitter” səhifəsində paylaşım edilib.

Qeyd edək ki, son günlər İranın təhlükəsizlik qurumlarının həmkarlar ittifaqı üzvlərinə, mədəni fəallara və sənət adamlarına qarşı basqıları yenidən güclənib.

Buna misal olaraq təhlükəsizlik məmurları İran və dünya kinosunun tanınmış simaları Cəfər Pənahi, Məhəmməd Rəsulov və Mustafa Al-Əhmədi saxlayaraq zindana köçürüblər.

Tehran hökuməti bundan öncə məhkumluqları olan və barələrində cəza qərarı çıxarılan fəalları susdurmaq üçün onların cinayət işlərini yenidən gündəmə gətirərək həbslərinə zəmin yaradıb.