vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
09:19 | 26 mart 2014 | Çərşənbə Məqaləyə 1991 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bəşirovun hay-həşiri

Sabiq rəis «qudurğan» adlandırdığı müavininə illərcə necə dözüb?; «Kaspar»ın keçmiş rəhbərinin özünün də eyş-işrət aludəçisi olduğu üçün vəzifədən çıxarıldığı deyilir

E.HÜSEYNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezidentin sərəncamı ilə ləğv olunan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (ADXDG) sabiq rəisi Aydın Bəşirovun keçmiş müavini Mübariz Mədətovun ünvanına söylədikləri olub-keçənləri yada salıb. A.Bəşirov Mübariz Mədətovun oğlunun törətdiyi ağır yol qəzasına və buna görə atasının vəzifəsindən azad edilməsinə özünəməxsus şəkildə münasibət bildirmişdi.

Demişdi ki, M.Mədətovu işə şəxsən özü götürüb: «Ancaq insan gərək qudurmasın, yolunu azmasın, ayaq altını qazmasın. Başqasına «yama» qazmaq olmaz. Allah hər şeyi görür. Maşınla gedib gözəl, qabiliyyətli bir sənətkarı vurub. Qəza zamanı 2 nəfər adam ölüb, təbii ki, bu, cəzasız qalmamalı idi. Başqasının ölümünə bais olmağı Allah da bağışlamaz. Bahalı maşın almısan, o zaman sağlıqla işlət, qayda-qanunla idarə et. Yoxsa belə şey olar, get camaatı maşınla vur, öldür?

Bunu Allah da bağışlamaz. Digər tərəfdən isə cənab prezident harınlamış insanları heç zaman cəzasız qoymur. Cənab prezident xalqın prezidentidir, o hər zaman haqqın, ədalətin tərəfində olub. Cənab prezident nə etdiyini hamımızdan yaxşı bilir. Yadınıza gəlirsə, bir dəfə də cənab prezident avtomobillərdə vurulan «plyonka» məsələsini gündəmə gətirən zaman dedi ki, əgər hansı məmurun övladı harınlayarsa, o zaman onun atasını da işdən çıxaracam. Sağ olsun cənab prezident ki, hər zaman xalqın yanındadır».

A.Bəşirov M.Mədətovun qudurğanlığından danışanda onun ADXDG-yə rəhbərlik etdiyi dövrdə quruma aid mülkiyyəti istədiyi kimi pay-püş etməsini unudub-unutmadığını söyləyə bilmərik. Görünən odur ki, A.Bəşirovun təbirincə desək, keçmiş müavininin qudurmasına şəraiti elə özü yaradıb. Yada salaq ki, hələ A.Bəşirov kreslosunda əyləşdiyi günlərdə «Qazeta AİM» onun haqda maraqlı məlumat yaymışdı. Həmin məlumatda deyilirdi: ««Gəmiçilik şefi» Aydın Bəşirovun oğlanları tikinti işi ilə məşğuldur, onların inşaat firmaları var.

Həmin firmalar XDGİ əməkdaşları üçün bina tikintisi məqsədilə ayrılan əraziləri bu və ya digər formada qəsb edərək orada yüksək mərtəbəli binalar inşa edib satırlar. Həmin binalardan biri köhnə «Dəniz Vağzalı» ilə üzbəüz, «Abşeron» mehmanxanasının yaxınlığında tikilib və orada bir mənzilin kvadratmetri 5 min manatdan aşağı satılmayıb. A.Bəşirovun övladlarının maxinasiyaları bununla da bitmir. Belə ki, Aydın Bəşirov XDGİ-nin balansındakı bir çox uşaq bağçalarının yerində də göydələnlər tikilməsi üçün onu oğullarına peşkəş edib. Məsələn, belə binalardan biri Əzizbəyovun keçmiş heykəlinin yaxınlığındakı uşaq bağçasının ərazisində inşa olunub, uşaq bağçasının özü isə tamamilə tarixin arxivinə göndərilib. Bir sözlə, Aydın müəllim uşaqlarımızın gələcəyini qaraltmaqla, öz uşaqlarının gələcəyini aydınlatmaq üçün əlindən gələni edir».

İndi A.Bəşirovdan xəbər alan lazım, bəs Mədətovun bunca qudurmasına şərait yaradan kim olub? Siz olmamısınız ki, Aydın müəllim?

Xatırladaq ki, A.Bəşirovun prezident seçkisindən sonra vəzifədən çıxarılacağı haqda ilk xəbəri «Yeni Müsavat» yazmışdı. Hələ seçkidən iki gün öncə mötəbər mənbənin redaksiyamıza ötürdüyü məlumatda bildirilirdi ki, Aydın Bəşirov yaxın günlərdə işdən azad ediləcək. Doğrudan da o, seçkidən sonra Nazirlər Kabinetinin yeni siyahısında yer almadı. Mənbə həmin vaxtlar deyirdi ki, A.Bəşirovu prezidentin gözündən salan bir çox məsələ var. Onlardan biri də XDGİ rəisinin yaşına və vəzifəsinə uyğun həyat tərzi keçirməməsidir. Aylar öncə qaynağımız bildirirdi ki, A.Bəşirob eyş-işrətə, kef məclislərinə həddə artıq meyllidir və onun bu cür həyat tərzi dövlət rəhbərliyində ona qarşı qıcıq yaradıb.