vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
13:03 | 14 avqust 2014 | Cümə axşamı Məqaləyə 3254 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İçməmişdim...»

«Gelandewagen»lə iki nəfəri öldürən məmur oğlu məhkəmədə yalan danışdı

İnarə RAFİQQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD FOTO

  • Xalq artisti Ağasəlim Abdullayevə məxsus «VAZ-2106» avtomobili
  • Xalq artisti Ağasəlim Abdullayev
  • Xalid Mədətovun «Gelandewagen» qəzadan əvvəl
  • «Gelandewagen» qəzadan sonra
  • Mübariz Mədətov
  • Prezident İlham Əliyev və Aydın Bəşirov
  • Xəzər Dəniz Gəmiçiliyi İdarəsi
  • Aydın Bəşirov
  • “Gelandewagen”li terrorçular...
  • “Gelandewagen”li terrorçular...
  • “Gelandewagen”li digər terrorçunun deputat atası Ayaz Orucov
  • Xalid Mədətovun «Gelandewagen» qəzadan sonra
  • Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin qardaşı oğlu Niyaz Babayev
  • Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədov
  • Prezident İlham Əliyevin 12 fevral 2013-cü ildəki müşavirəsi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mahir tarzən, xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan «Xəzər Dəniz Gəmiçiliyi» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş rəis müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Virtualaz.org saytının prosesi izləyən müxbirinin verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə xalq artisti Ağasəlim Abdullayev, onun oğlu Vüqar Abdullayev və gəlini Səadət Abdullayeva da iştirak edirdilər.

Prosesdə dövlət ittihamçısı Elton Qafarov ittiham aktını elan etdi.

Təqsirləndirilən şəxs X.Mədətov ona elan olunmuş ittihamla özünü təqsirli bildi. Lakin kəskin baş ağrılarından əziyyət çəkdiyini deyərək hazırkı mərhələdə sərbəst ifadə verməkdən imtina etdi: «Neçə gündür özümü pis hiss edirəm. Bu səbəbdən ifadə verə bilməyəcəyəm. Amma sualları cavablandıra bilərəm».

Dövlət ittihamçısının suallarını cavablandıran X.Mədətov törətdiyi əməldən peşman olduğunu, hadisə zamanı spirtli içki qəbul etmədiyini dedi.

X.Mədətov zalda əyləşən zərərçəkmişlərə üzünü tutaraq belə dedi: «Allah rəhmət eləsin. Bu hadisədə özümü təqsirli bilirəm. Sizin üçün, ailəniz üçün böyük faciədər. Amma inanın ki, bu, mənim və mənim ailəm üçün də faciədir».

Bu yerdə A.Abdullayevin gəlini Səadət Abdullayeva onun sözünü kəsdi: «Sən hansı faciədən danışırsan? Sən uşağını itirmisən? Sən bilirsənmi övlad itirmək nə deməkdir? Bu, ancaq sənin başına gəlsə bilərsən. Səni Allaha tapşırıram!»

Daha sonra xalq artisti A.Abdullayev ifadə verdi. İstintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyən xalq artisti təqsirləndirilən şəxsə qarşı maddi tələbinin olmadığını bildirdi: «Hadisə məlumdur. Qəza törədib. Mən hadisənin iştirakçısıyam. Biz ikinci yolla gedirdik. Bizi sağ tərəfdən vurdu. Maddi tələbim yoxdur. Mənim gedənlərim gedib... Növbəti proseslərdə iştirak edə bilməyəcəyəm. Bu işin məhkəmədə düzgün araşdırılacağına inanıram. Ona görə də təqsirləndirilən şəxs barəsində hansı cəza təyin olunacağını məhkəmənin ixtiyarına buraxıram».

Zərərçəkmiş Vüqar Abdullayev ifadəsində hadisənin bir an içərisində baş verdiyini dedi: «Elə sürətlə gəlirdi ki, bu cür sürəti mən ömrümdə görməmişdim. Biz orta yolla gedirdik. Sağımda, solumda heç bir avtomaşın yox idi. Yol tamam boş idi. Qabaqda üç maşın dayanmışdı, işıqları yanırdı. Atam dedi ki, bunlar avtoxuliqana oxşayırlar. Bizdən 200-300 metr aralıda idilər. Hadisə zamanı başımdan xəsarət almışam, qabırğam əzilib. Məhkəmədən tələbim odur ki, cəzası nədirsə, çəksin»

Zərərçəkmiş Səadət Abdullayeva  baş verən hadisə barədə danışarkən göz yaşlarını saxlaya bilmədi: «Arxada sağ tərəfdə oturmuşdum. Uşaq qucağımda idi. Uşaq böyütmək asan deyil. Ən ağır cəza tələb edirəm!»

Qeyd edək ki, martın 15-də Suraxanı rayonu ərazisində, Zığ şosesində X.Mədətov «Mercedes-Benz Gelandewagen-55» markalı avtomobilini idarə edərkən xalq artisti Ağasəlim Abdullayevin oğlunun idarə etdiyi «VAZ-2106»-a çırpılıb. Nəticədə «VAZ-2106»da olan sərnişinlər - xalq artistinin həyat yoldaşı, 1959-cü il təvəllüdlü Brilyant Abdullayeva və 2008-ci il təvəllüdlü nəvəsi Ağasəlim Abdullayev hadisə yerində ölüblər. 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və onun gəlini, 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Fakta görə Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Sürücü X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi CM-in 263.1.4-cü maddəsinə tövsif olunub.

Qəzadan iki gün sonra Mübariz Mədətov prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib, oğlu Xalid Mədətov isə həbs olunub. M.Mədətov Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin sabiq rəisi Aydın Bəşirovun həm qudası, həm də biznes ortağıdır.

Məhkəmə prosesi avqustun 22-də saat 14:00-da davam edəcək.