vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
QARABAĞ  
14:58 | 15 oktyabr 2022 | Şənbə Məqaləyə 674 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Mən həm də eşitmişəm ki...”

Polşalı ekspert erməni qəddarlığı haqda danışdı: “Bu qəddarlığı unutmaq olmaz”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Erməni əsgərlərin Azərbaycana qarşı qəddarlığını unutmaq olmaz”. Bu sözləri şənbə günü xarici ekspertlər və QHT-lərdən ibarət nümayəndə heyətinin Xocavənd rayonunun Edilli kəndinə səfəri zamanı Polşanın “Gənc demokratlar” partiyasının üzvü və Strateji Tərərfdaşlıq İnstitutunun nümayəndəsi Adrian Pexota deyib.

“Burada baş verənlər məni dərindən kədərləndirib. Mən həm də eşitmişəm ki, bu insanlardan bəziləri diri-diri basdırılıb. Bütün bunlar beynəlxalq hüquqa və BMT konvensiyalarına ziddir. 30 il baş vermiş hadisələr bir daha təkrar olunmamalıdır”, - deyə o bildirib.

Onun sözlərinə görə, təəssüf ki, Polşada hələ də təbliğatçı aksiyalar keçirən ermənilər var.

“Erməni təbliğatı neytrallaşdırılmalıdır. Mən bu baxımdan tədbirlər görməyi planlaşdırıram. Mən burada baş vermiş hadisələrlə bağlı Polşa universitetlərində mühazirələr verəcəyəm. Polşadakı insanlara bu müharibənin reallıqlarını və erməni əsgərlərin qəddarlığını göstərəcəyəm”, - A.Pexota deyib.

Xatırladaq ki, Xocavəndin Edilli kəndində aşkar olunan məzarlıqda 12 nəfərin qalıqları tapılıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Eyni zamanda skeletlərin əlləri və ayaqları məftil və kəndirlə bağlanıb. Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000 nəfərədək mülki şəxs və hərbi əsirlərin taleyi barədə Ermənistan hələ də heç bir məlumat təqdim etməyib. (Trend.az)