vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AVROPA  
12:14 | 14 noyabr 2022 | Bazar ertəsi Məqaləyə 599 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yeni Baş nazir vergiləri artırır

İngiltərə iqtisadiyyatı resessiya astanasında

MÖVZU İLƏ ƏLAQƏLİ

İngiltərə iqtisadiyyatı iyul-sentyabr aylarında 0,2 faiz azalıb. Bu vəziyyət İngiltərə Mərkəzi Bankının proqnozlaşdırdığı kimi uzunmüddətli resessiyanın başlanğıcı ola bilər. Beləliklə, İngiltərə iqtisadiyyatı pandemiyadan sonra hələ də tam bərpa olunmayan yeganə G7 ölkəsi olaraq qalır.

Dekabr ayından bu yana faiz dərəcələrini 8 dəfə artıran İngiltərə Mərkəzi Bankı, ikirəqəmli rəqəmlərə çatan inflyasiyanı idarə etmək üçün resessiyanın qaçılmaz olduğunu bildirib. Bankın proqnozlarına görə, resessiya 2024-cü ilin ortalarına qədər davam edə bilər.

Yeni Baş nazir Rişi Sunakın dövlətin maliyyə boşluğunu aradan qaldırmaq və etibarı bərpa etmək üçün gələn həftələrdə on milyardlarla funt-sterlinq vergi artıracağı gözlənilir.