vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
15:16 | 3 dekabr 2022 | Şənbə Məqaləyə 588 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünyanın turizm cənnəti yanır

7 milyona yaxın insanın yaşadığı şəhər fəlakətlə üz-üzə

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Braziliyanın turizm şəhərlərindən biri olan Rio-de-Janeyroda fəlakət baş verib. Ölkənin ən məşhur turistik çimərliklərindən biri olan və 6,7 milyondan çox insanın yaşadığı Kopakabananın yerləşdiyi Rio-de-Janeyro yaxınlığındakı dağlıq ərazidə yanğın baş verib.

Alov sürətlə yaşayış məntəqələrinin yerləşdiyi əraziyə doğru irəlilədiyi deyilir. Reuters xəbər agentliyi hadisə yerindən fotolar paylaşıb. Fotolarda yamyaşıl meşəlik ərazidə tüstünün qalxdığı və alovların sıx məskunlaşan əraziyə doğru hərəkət etdiyi görünür.

Hadisə yerinə çoxlu ilkin tibbi yardım briqadaları və yanğınsöndürənlərin göndərildiyi açıqlanıb.

Yanğının Rionun cənubundakı Kopakabana ilə Jordigu de Freitas gölü arasında başladığı bildirilib. Yanğının səbəbi hələ açıqlanmasa da, çox böyük meşəlik ərazinin külə çevrildiyi bildirilib.