vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
AMERİKA  
23:07 | 23 fevral 2019 | Şənbə Məqaləyə 2176 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Maduro sərhədə nəzarəti itirdi

Hakimiyyətinin bir neçə yüksək vəzifəli şəxsi Türkiyəyə qaçdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Venesuela ilə Braziliyanın sərhədini humanitar yardımla yüklü ilk yük maşını keçib. Virtualaz.o.org xəbər verir ki, özünü müvəqqəti prezident elan etmiş Xuan Quaydo bu barədə “Twitter”dən elan edib.

“Diqqət, Venesuela! Rəsmən elan edirik ki, humanitar yardımdan ibarət ilk yük Braziliyadan bizim sərhədimizi keçdi. Bu böyük nailiyyətdir!”, - Quaydo bildirib.

Bundan əvvəl Nikolas Maduro ölkənin Braziliya və Kolumbiya ilə sərhədini bağlı elan edərək ora ordu qüvvələri yeritmişdi. Humanitar yardımın ölkəyə daxil olmasının qarşısını almaq üçün Kolumbiya ilə sərhəddə beton bloklar və iri yük maşınları qoyulub. Lakin humanitar yardımla dolu yük maşınının keçməsi Maduronun sərhədə nəzarəti itirməsi deməkdir. Gözlənilir ki, daha bir neçə yük maşını müxtəlif nöqtələrdən sərhədi keçəcək.

Xəbər verilir ki, Quaydonun tərəfdarları Kolumbiya və Venesuela ilə sərhəddə avtobusa da od vurublar. Habelə Milli Qvardiyanın bir neçə hərbçisi avtomobillə blok-postu taran edərək Kolumbiya tərəfinə keçib və bu ölkənin sərhədçilərinə təslim olub. Onlar Quaydonu dəstəklədiklərini və ailələrini qorumaq üçün sərhədi keçdiklərini elan ediblər.