vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ELM-TEXNİKA  
09:23 | 15 yanvar 2024 | Bazar ertəsi Məqaləyə 1720 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yüzillərin iddiası pozuldu

Süni intellektdən kriminalistikaya zərbə

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın qabaqcıl universitetlərindən biri olan Kolumbiyada təhsil almağa hazırlaşan Qabe Quo (Gabe Quo) kafedranın professorlarından birindən “Həqiqətənmi, hər barmaq izinin unikal olduğunu düşünürsən?” eşidəndə bilmirdi ki, növbəti üç ilini bu suala cavab tapmaq üçün sərf edəcək.

Quo hazırda kompüter elmləri üzrə təhsil alan tələbədir. Bununla belə, o, Buffalo Universitetinin müəllimi Venyao Ksunun (Wenyao Xu) rəhbəri olduğu komanda ilə araşdırma aparıb.

O bu həftə “Science Advances” elmi jurnalında dərc olunan məqaləsində əsrlərdir davam edən və kriminalistikada əsas dəlil kimi qəbul olunan faktı dəyişən bir iddia irəli sürüb: “Bütün barmaq izləri unikal deyil”.

Araşdırmalarından əvvəl məhkəmə-tibb təcrübəsi olmayan Quo xüsusilə bu iddia ilə bağlı ictimaiyyətdən reaksiyalar aldığını və bir çox jurnalın onları rədd etdiyini belə izah edir: “Məqaləmizin ilk variantlarını görəndə dedilər ki, bu, məlum faktdır – heç bir iki barmaq izi eyni deyil. Düşünürəm ki, bu, həqiqətən də tədqiqatımızın inkişafına imkan verdi, çünki biz daha çox məlumat əlavə etdikcə, sübutlarımız danılmaz oldu”.

Komanda əvvəlcə ABŞ administrasiyasının saxladığı 60 min barmaq izini süni intellekt modelinə yükləyib.

Məlum olub ki, insanın müxtəlif barmaqlarının izləri güclü oxşarlıqlar göstərir və iki barmaq izinin eyni adama aid olması ehtimalı 77 faizə çatır.

Quonun sözlərinə görə, barmaq izinin ortasındakı yamacların və bucaqların süni intellektin işini asanlaşdırıb.

Tədqiqatın müəllifləri əlavə ediblər ki, məhkəmə ekspertizasında istifadə oluna biləcək qədər dəqiq nəticələr əldə etmək üçün daha çox məlumatlar yoxlanılmalıdır.

Quo iddia edir ki, qapalı işlərin yenidən açılması və cinayətkarların müəyyən edilməsi mümkündür: “Dosyadakı barmaq izləri ilə hadisə yerində qalan izlər uyğunlaşdırılarmaqla bağlanan cinayət işlərinə yeni ipucları vermək olar. Digər tərəfdən, yetərsiz araşdırma nəticəsində həbs olunan günahsız insanlara da kömək edə bilər. Məncə, bu, cəmiyyət üçün faydalıdır”.

Lozanna Universitetinin məhkəmə tibb bölməsində dərs deyən Kristof Çampod (Christophe Champod) ortaya atılan iddianın zatən məlum olduğunu bildirib.

Quo araşdırmaya kənardan baxan ekspertin atmacasına belə cavab verib: “Oxşarlığın barmaq izinin ortasındakı yüksəkliklə bağlı olduğunu ilk və açıq şəkildə nümayiş etdirən bizik. Eyni şəxsə məxsus müxtəlif barmaqların izlərini uyğunlaşdırmağa çalışan ilk bizik və buna avtomatik sistemlə nail olduq”.