vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
OLAY  
12:57 | 23 iyun 2013 | Bazar Məqaləyə 2213 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

3 stansiyada 38 eskalator quraşdırılacaq

Bakı metrosunda yeniliklər

AzerTAc

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı Metropoliteni iki stansiyada və “Elmlər Akademiyası”nın əlavə çıxışında 38 eskalator quraşdırmağı planlaşdırır. Bakı Metropoliteninin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, “TUGELA” markalı 20 eskalatorun “Avtovağzal” stansiyasında, 14-nün “Memar Əcəmi-2” stansiyasında, daha 4-nün isə “Elmlər Akademiyası” stansiyasının hazırda inşa olunan ikinci çıxışında quraşdırılması planlaşdırılır.

Həmçinin Bakı Metropoliteni ilk dəfə olaraq “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarında “Synergy” şirkətinin istehsalı olan 5 liftin quraşdırılmasını nəzərdə tutur.
Bu, fiziki imkanları məhdud olan insanların metrodan istifadəsini asanlaşdıracadır.
“Avtovağzal” stansiyasında, həmçinin uzunluğu 40 və 60 metr olan 8 travolatorun quraşdırılması planlaşdırılır ki, bu da uzun tunellərdə hərəkətin rahatlığını təmin edəcək.