vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
CƏMİYYƏT  
21:52 | 8 oktyabr 2017 | Bazar Məqaləyə 3057 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«50 manat cərimələnə bilərsiz»

Metroda təhlükəsizlik qaydaları sərtləşdirilir

MÖVZU İLƏ ƏLAQƏLİ

İctimai nəqliyyatda qaydaları pozan hər bir kəsə qarşı cərimə tətbiq olunur. Bu qayda metro istifadəçilərinə aiddir. Bəs, metroda bizi hansı hərəkətimizə görə cərimə gözləyir?

Hüquqşünas Asif Abdullayev yerli KİV-ə bildirib ki, cərimələrin miqdarı qadağan edilən hərəkətə görə dəyişir:

 

1. Stansiyaların vestibül, keçid, platforma, eskalator və vaqonların salonunu zibilləyən, yaxud həmin obyektlərin üzərində hər hansı yazı yazan şəxsləri on beş manat cərimə gözləyir.

2. Məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olan, zərurət olmadan «sərnişin-maşinist» rabitəsindən istifadə edən şəxsləri də on beş manat cərimə gözləyir.

3. Eskalatorda sürahinin üstünə əşya qoyan şəxsləri iyirmi manat cərimə gözləyir.

4. Dəmir yoluna hər hansı əşya atan şəxs otuz manat cərimə edilir.

5. Eskalatorun sürahisini çıxardan, zərurət olmadan «Stop» açarından istifadə edən, stansiyaların vestibüll, keçid və platformalarında, vaqonlarda siqaret çəkən, qatarın hərəkəti zamanı vaqonun qapılarını açan, qatarın yola düşməsini ləngidən şəxslər 50 manat cərimə olunacaq.

6.Həmçinin, özbaşına dəmir yoluna düşən, metropolitenin işçiləri üçün nəzərdə tutulan ərazilərə daxil olan, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə edən şəxsləri də 50 manat cərimə gözləyir».

 

Odur ki, metroda cərimələnmək istəmirsinizsə, təhlükəsizlik qaydalarına əməl etməlisiniz.