vaxtlı-vaxtında oxuyun! Cümə, 26 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
OLAY  
48 min avroluq parkinq cəriməsi 14:57 | 11 avqust 2025 | Bazar ertəsi Məqaləyə 892 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

48 min avroluq parkinq cəriməsi

Məbləği ödəməyən sürücüyə 3 il həbs cəzası

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyanın Erfurt şəhərində yaşayan 56 yaşlı bir kişi 2022 və 2023-cü illərdə etdiyi çoxsaylı parkinq qaydası pozuntuları səbəbindən kəsilən cərimələri ödəməyib. Təxminən 100 fərqli icra əmri çıxarılan kişinin ödəmədiyi cərimə və əlavə xərclərin ümumi məbləği 48 min avroya çatıb.

 

Cəriməni ödəməsə, illərlə həbsdə qalacaq

 

Polis, məhkəmənin çağırışı ilə hərəkətə keçdiyində, həmin şəxs 43 min avrodan çox cəriməni və 4 min 700 avroluq əlavə xərci ödəyə bilməyib. Bu səbəbdən onu üç ildən çox davam edən “Erzwingungshaft” adlı məcburi həbs gözləyir. Rəsmi şəxslər, ümumi borc tam ödənərsə, həmin şəxsin dərhal azadlığa buraxılacağını bildiriblər.

 

Məcburi həbs necə işləyir?

 

“Erzwingungshaft” — pul cəriməsini ödəməkdən imtina edən şəxslərə tətbiq olunur. Adətən maksimum müddət 3 ay olsa da, cərimə məbləği çoxaldıqca müddət də uzana bilir. Həbs müddətində məhkumlar cinayətkarlarla eyni kamerada qalmır və öz geyimlərindən, yataq dəstlərindən istifadə edə bilirlər.