
Gəlirə görə cəza
İsveçrədə sürət həddini aşan multimilyoner 500 dəfə çox – 95 min avro cərimələndi
İsveçrədə sürət həddini aşan multimilyoner 500 dəfə çox – 95 min avro cərimələndi
50-lik yolda 77 km/s sürətlə gedən sürücüyə fantastik cərimə
Avropa mədəniyyəti deyildiyi kimi deyilmiş
Nazirlik iddia yalanladı
Belçikada tətbiq olunan məbləğə Azərbaycanda 10 ilin maşınını almaq olar
Avropada metal və elektrik sektorunda kütləvi ixtisarlar
Avropada avtomobil sürərkən radar tətbiqi istifadə edənlər diqqətli olsun
Mufta və əyləc qədər sadə işlər belə cibə yandırır
Sığorta şirkətləri müflis olma durumunda
Minlərlə “Mercedes-Benz” geri çağırıldı
Parkinq ödəmələrindən qaçmaq üçün nömrənizi gizlədənlərə qarşı bir avtomobilin qiyməti cərimə
Hissələr pulsuz dəyişdiriləcək
Fransada ölümlə nəticələnən yol qəzalarına səbəb olanlara ağır cəza
Şəhərin mərkəzində avtomobil qadağası ilə bağlı referendum
Ağ Evin yaxınlığındakı şübhəli avtomobildə axtarış aparılıb
Avropada 10 sürücüdən 6-sı təkər dəyişdirməyi bilmir
Bakıda Opera və Balet Teatrı ilə Gənc Tamaşaçılar Teatrı arasında yerləşən piyada keçidi avtomobillər tərəfindən zəbt olunub. Ərazidə avtomobillər qanunsuz olaraq park edildiyindən, piyadalar üçün gediş-gəlişdə böyük çətinliklər yaranıb.
Bu şikayətlə virtualaz.org-a yaxınlıqda yaşayan sakinlər müraciət ediblər. Şikayətçilərin sözlərinə görə, gündüz saatlarında avtomobil o qədər çox olmasa da, axşamlar maşın əlindən tərpənmək mümkün deyil:
«Siz axşam buradan keçsəniz, görərsiniz ki, bu yolu avtomobillərin əlindən keçmək mümkün deyil. Xüsusən də, axşam saatlarında teatrda tədbirlər və tamaşalar keçirilən vaxt burada vəziyyət acınacaqlı olur. Maşınların biri gəlir, biri gedir. Bundan başqa, yaxınlıqda məktəb yerləşir, uşaqlar maşınların arası ilə məktəbə gedirlər və çox əziyyət çəkirlər», - deyə şikayətçi bildirir.
Əslində, burada maşın saxlamağın qanunsuz olduğunu deyən sakinlər bildirirlər ki, yalnız piyadaların hərəkəti üçün səki qoyulsa da, heç kim qanuna riayət etmir. Görünür, sürücülərə avtomobil saxlamağa qeyri-qanuni icazə verilir.
Ərazidə çəkiliş apardığımız müddətdə avtomobillərə icazə verən aidiyyəti şəxsləri tapa bilmədik.
Qeyd edək ki, artıq şəhərin mərkəzində quraşdırılan parkomatda yarım saatın qiyməti 50 qəpik, bir saatın qiyməti isə 1 manatdır.