vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
12:50 | 17 iyun 2014 | Çərşənbə axşamı Məqaləyə 2131 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilərin Leyla Yunusa diqqəti

Metyu Brayza isə «bağda ərik» tapmayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan mediası Leyla Yunusun NATO-nun Bakıda keçirilən plenar iclasının fasiləsində xarici qonaqlara göstərdiyi və siyasi məhbus kimi iddia etdiyi şəxslərin azadlığa çıxmasına köməklik istəməsinə yer ayırıb.


Axar.az xəbər verir ki, Leyla Yunusa xüsusi sevgi ilə yanaşılan yazıda onun ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayzaya yaxınlaşması və ölkəmiz barədə istədiyini səsləndirməsi də yer alıb. Leyla Yunusun ölkəmizdə insan haqlarının pozulduğu, fundamental demokratiya standartlarının tapdalandığı, Rauf Mirqədirovun timsalında jurnalistlərə qarşı təzyiqlərin olduğu və korrupsiya halların baş aldığı fikirləri təqdir edilib.

Maraqlıdır ki, yazıya verilən şərhdə bir azərbaycanlının «demokratiya olmadığı ölkədə bu sözləri necə dilə gətirmək mümkündür» məntiqi qarşısında da erməni oxucular şiddətlə Leyla Yunusu müdafiə ediblər.