vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
17:31 | 18 iyun 2014 | Çərşənbə Məqaləyə 2339 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cənab Şults yerində qaldı

Ona cəmi səkkiz nəfər səs verməyib

MÖVZU İLƏ ƏLAQƏLİ

Sosial Demokrat Partiyasının lideri, Almaniyadan olan Martin Şults Avropa Parlamentində yenidən sosial-demokratlar qrupunun sədri seçilib. Qeyd edək ki, Avropa Parlamentinin sədri olmamışdan öncə də o, bu vəzifədə idi. Şults bu vəzifəyə bir aylıq seçilib. Yeni parlament tam formalaşandan sonra qrupun yeni lideri seçiləcək. Qeyd edək ki, Şults Aİ-də yüksək səviyyəli postları hədəf alıb.


Siyahıda yeganə namizəd olan Şults 170 səsdən 162-ni qazanıb.

Avropa Komissiyasının prezidentliyinə namizəd olmuş Martin Şults mayın 25-i Avropa Parlamentinə seçkilərdə sosial-demokratların qeyri-qənaətbəxş nəticələrindən sonra məyus olmuşdu. Belə ki, əhəmiyyətli irəliləyiş olsa da, sosial-demokratlar qrupu əsas rəqiblərini - Avropa Xalq Partiyasını qabaqlaya bilməmişdi.

Qeyd edək ki, Avropa Xalq Partiyası Avropa Parlamentinin ən böyük siyasi qrupu olaraq qalmaqda davam edir.

Xatırladaq ki, sosial-demokratlar Avropa Parlamentində 191, Avropa Xalq Partiyası isə 221 nəfərlə təmsil olunacaq.