vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
18:17 | 4 avqust 2014 | Bazar ertəsi Məqaləyə 5524 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Müharibəyə getsəm, məndən alçağı yoxdur»

«Adamları soymaq lazım olanda başımıza tökülürlər, amma elə ki, atışma oldu...»

Abuzər AZƏROĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • «Zülm içindəyik!»

Hollandiyada yaşayan soydaşımız Fikrət Hüseynli «Facebook» sosial şəbəkəsində Ermənistanın bizimlə sərhəd kəndlərində hazırlanmış reportajı paylaşıb.

Jurnalist F.Hüseynli ermənicə hazırlanmış reportajın müəyyən hissəsini dilimizə tərcümə edib. İnterpress.az saytı cəbhənin o tayından, Tovuz rayonunun Ağdam kəndilə qonşuluqda yerləşən keçmişdə azərbaycanlılar, indi ermənilər yaşayan Çinarlı kəndindən erməni jurnalist Tatul Akopyanın hazırladığı reportajı və tərcüməni oxuculara olduğu kimi təqdim edir: «Çək qardaş mən deyəcəyəm. Zülm içindəyik, məmurların hamısı rüşvət alır. Hərbi komissar hərbi bilet satır. Yol polisləri, polislər canımızı boğazımıza yığıb. Kimdir müharibəyə gedən? Məni çağırsalar getsəm, məndən alçağı yoxdur. Adamları soymaq lazım olanda başımıza tökülürlər, amma elə ki, atışma oldu polis yoxa çıxır. Nə taxılımızı yığırıq, nə adam kimi yaşaya bilirik. Belə həyatın içini ..... Bura bax. Buğdaya bax. Quruyub tökülür. Kombayn tapılmır. Hamısı məhv olur gedir. Nə iş görək? De görüm?»