vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 17 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
QARABAĞ  
10:53 | 10 avqust 2014 | Bazar Məqaləyə 3354 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gün itki ilə başladı

Bir əsgərimiz şəhid oldu, digəri yaralandı

MÖVZU İLƏ ƏLAQƏLİ

Düşmən tərəfindən açılan atəşdən bir əsgərimiz şəhid olub, biri isə yaralanıb. Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, avqustun 9-da düşmənin atəşkəsi pozması nəticəsində saat 22:30 radələrində Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu ərazisində, qoşunların təmas xəttində, Silahlı Qüvvələrimizin 1995-ci il təvəllüdlü, Ağsu rayonundan hərbi xidmətə çağırılmış əsgər Fətəlizadə Rüfət Nazim oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Avqustun 9-da düşmənin atəşkəsi pozması nəticəsində Silahlı Qüvvələrimizin 1993-ci il təvəllüdlü, Mingəçevir şəhərindən hərbi xidmətə çağırılmış əsgər Tağıyev Orxan Qalib oğlu düşmən tərəfindən açılan atəş nəticəsində yaralanıb. Fakt saat 19.45 radələrində Ermənistan-Azərbaycan sərhədinin Gədəbəy rayonu ərazisində, qoşunların təmas xəttində qeydə alınıb.

Yaralı əsgər ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə təxliyə edilib. Hazırda əsgərin vəziyyəti kafidir, həkimlərin nəzarəti altındadır.