vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
QARABAĞ  
09:35 | 7 avqust 2014 | Cümə axşamı Məqaləyə 3518 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ac əsgəri acıdan etiraflar

Şuşanı işğal etmiş «komandos» ümidi erməni ordusuna bağlaya bilmir

MÖVZU İLƏ ƏLAQƏLİ

Şuşanı işğal etmiş Ermənistan bölüklərinin komandiri, istefada olan general Arkadi Ter-Tadevosyan erməni mətbuatına verdiyi müsahibədə dolayısı ilə Ermənistan ordusunun zəifliyini etiraf edib.

ANS PRESS-in məlumatına görə, son toqquşmalarda Azərbaycan ordusunun daha çox itki verməsi ilə bağlı verdiyi suala «azərbaycanlılar hücum edir, ona görə də çox ölürlər, xətti xüsusi hazırlanmış hərbçilər keçir» cavabını verib. Jurnalistin Ermənistan ordusunun döyüş hazırlığı ilə bağlı verdiyi suala da Arkadi Ter-Tadevosyan diplomatik şəkildə cavab verməkdən qaçıb: «Bizi dağlar əhatələyir, onların hesabına daha yaxşı müdafiə olunuruq».

Ən sonda Arkadi Ter-Tadevosyan ümidlərini Ermənistan ordusuna deyil, böyük dövlətlərin köməyinə bağladıqlarını gizlətməyib. Azərbaycanın son illərdə ordunun silahla təchizatını çox gücləndirməsinə toxunan Arkadi Ter-Tadevosyan bildirib: «Onlar, əlbəttə, bu silahlara malikdirlər. Amma heç kim onlara bu silahdan istifadə etməyə icazə verməz. Həmin silahı satanlar icazə verməz. Bundan sonra neft ala bilməyəcək dövlətlər icazə verməyəcək. Nə qədər ki, neft qurtarmayıb, onlar atəş aça bilməyəcəklər».