vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
17:25 | 26 avqust 2014 | Çərşənbə axşamı Məqaləyə 2711 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tadevosyanın ağzında şirə qalıb

Erməni generaldan əsgərlərə təxribatçı savaş çağırışı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ermənistan əsgərləri heç nəyi gözləməməli, Azərbaycanın mövqelərinə zərbələr endirməlidir». ANS PRESS-in məlumatına görə, bunu Qarabağ müharibəsinin iştirakçısı, general-mayor Arkadi Ter-Tadevosyan deyib.

O bildirib ki, Ermənistan hərbçiləri cəbhədə Azərbaycanın mövqelərinə zərbə endirmək iqtidarındadır.

«İmkan verə bilmərik ki, bizə hücum etsinlər və itkilərimiz olsun. Əgər biz Azərbaycan tərəfinə hücum etməsək, onları atəş altında saxlamasaq daim gərginlik altında yaşayacağıq», - deyə Tadevosyan bildirib.

Qeyd edək ki, bu cür təxribat xarakterli çağırışlar erməni tərəfindən ilk dəfə deyil səslənir. Cəbhədəki son döyüşlərdən sonra Ermənistanda Qarabağ müharibəsinin iştirakçıları tez-tez bu cür çıxışlar edirlər. Son döyüşlərdən sonra erməni əsgərlərində yaranan ruh düşkünlüyünü aradan qaldırmaq üçün keçmiş döyüşçülər belə pafosla danışırlar.