vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 21 avqust 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MEDİA-QHT  
17:34 | 8 aprel 2016 | Cümə Məqaləyə 1432 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İş məhkəmə baxışına verildi

Qulu Məhərrəmlinin çıxışları AzTV rəhbərliyini «alışdırıb»

İnarə RAFİQQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Yasamal Rayon Məhkəməsində «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanovun professor, əməkdar jurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Virtualaz.org saytının məhkəmədə iştirak edən müxbirinin verdiyi xəbərə görə, prosesə hakim Azər Tağıyev sədrlik edib.

Prosesdə Qulu Məhərrəmlinin vəkili Cavid Rzazadə çıxış edərək bildirib ki, Arif Alışanov məhkəmə iclasına gəlmədiyinə görə iş məhkəmə baxışına qəbul edilə bilməz: «Ötən prosesdə olduğu kimi, bu prosesdə də Arif lışanov iştirak etmir, ona görə də işin məhkəmə baxışına verilməsi doğru deyil».

Vəkil A.Alışanovun məhkəməyə gəlməsi və işin məhkəmə baxışına verilməməsi ilə bağlı vəsatət qaldırıb.

A.Alışanovun vəkili Zaur Abbasov isə vəsatətin təmin edilməməsini istəyib.

Prosesdə çıxış edən Q.Məhərrəmli bildirib ki, o, müsahibəsində yalnız tənqidi fikirlər səsləndirib və buna görə məhkəməyə verilib: «Məhkəməyə və qanunlara hörmət etdiyim üçün prosesə gəlirəm. Bu adam nədən zərər çəkib? Gəlsin izah eləsin. Mən demişəm ki, televiziyaya rəhbərlik edən şəxsin peşə səviyyəsi yüksək deyil, dövlət büdcəsindən ayrılan pullar səmərəli istifadə edilmir. Dövlət bu qədər vəsait ayırır, amma baxın, reytinq nə səviyyədədir. Məndən şikayət edən şəxs özü məhkəməyə gəlməli, özü öz şərəf və ləyaqətini müdafiə etməlidir».

Daha sonra hakim A.Tağıyev müşavirəyə yollanıb. Müşavirədən sonra hakim məhkəmənin qərarını elan edib. Qərara görə, iş baxışa təyin edilib.

Prosesin baxış iclası aprelin 15-də keçiriləcək.

Qeyd edək ki, Q. Məhərrəmlinin Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra A. Alışanov şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək Yasamal Rayon Məhkəməsinə müraciət edib. Müraciətdə Qulu Məhərrəmliyə qarşı cinayət işinin açılması istənilib. A.Alışanov eləcə də Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Q.Məhərrəmlinin 100 min manat təzminat ödəməsini tələb edib. O, ərizəsində həmin pulu uşaq evinə köçürəcəyini qeyd edib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *