vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 21 avqust 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
12:07 | 27 aprel 2017 | Cümə axşamı Məqaləyə 913 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Müxbiriniz aranı qatır, pulsuz iş görmür»

Ukrayna azərbaycanlıları AzTV sədrinə müraciət etdilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynada yaşayan bir qrup ziyalı «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanova müraciət ediblər. Müraciəti müəllifləri AZTV-nin Ukrayna üzrə müxbiri Mövsüm Aslanovun hərəkətlərindən şikayətçidirlər. Müraciətdə deyilir:

«Biz Ukraynada yaşayan ziyalılar, elm və iş adamlarını olduqca narahat edən bir məqam var. Bu da sizin rəhbərlik etdiyiniz telekanalın Ukrayna üzrə müxbiri Möhsüm Aslanovla bağlı məqamlardır. Olduqca dar çərçivədə və vur-tut bir nəfərin maraqlarına xidmət edən təmsilçinizin fəaliyyəti Ukraynada böyük narazılığa səbəb olub. Onun bir nəfərin maraqlarına xidmət etməsinin nəticəsidir ki,  Ukraynada yaşayan və fəaliyyət göstərən azərbaycanlıların və diaspora təşkilatlarının tədbirləri işıqlandırılmır. Ən azı ona görə ki, Mövsüm Aslanovun öz siyasəti var. Bu da onun maddi maraqları ilə bağlıdır. Onun maraqları təmin olunsa belə, yenə də heç bir ofisi və tərəfdarı olmayan qaranlıq keçmişli  Rövşən Tağıyevin təbliğiylə məşğuldur. Bir qədər əvvəl onların sərxoş halda kafedə dava salması nəinki AzTV müxbirinə heç bir azərbaycanlıya yaraşan hərəkət deyildi. Qaranlıq keçmişi olan, qardaşı çirkli pulların yuyulmasına görə hazırda ev dustaqlığındadır, işi məhkəmədədir. Bu qara pullar Mövsüm Aslanovun gözünü bağlayıb».

Müraciət müəlliflərin dediyinə görə, vəziyyət o həddə çatıb ki, Aslanov diaspora arasında ayrı-seçkilik yaratmaqla bərabər, çox vaxt sizin adınızı da hallandırır. Öz maddi maraqlarını belə AzTV rəhbərliyinə çamur atmaqla əlaqələndir. «Mən Bakıya pul verirəm», «pulsuz heç nəyi çəkə bilmərəm» deyə şanlı telekanala yaraşmayan mesajlar verir.

«Vəziyyət o həddə çatıb ki, artıq onun əməlləri barədə sizə məlumat verməyə məcbur olduq.  Biz, bu məktubu imzalayan ziyalılar hərəmiz Ukraynada öz mövqeyi, söz sahibi olan adamlarıq. Əslində, biz Azərbaycan prezidenti cənab İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etmək niyyətindəydik. Amma sizin müdrikliyinizə inanıb, ilk öncə sizə üz tutduq. AzTV kimi şanlı tarixi olan bir telekanala başucalığı gətirməyən əməkdaşınızla bağlı tədbir görəcəyinizə inanırıq».

Müraciət imzalayanların dediyinə görə, bu gün paytaxt Kiyevdə  azərbaycanlı iş adamları var ki, AzTV üçün ofis, maşın, ayrıca studiya belə yarada bilər. Maşınla təmin edər. Amma Mövsüm Aslanovun əməlləri  buna imkan vermir. Çünki o, hamını milli televiziyamızdan çəkindirib.   

Daha sonra Ukrayna azərbaycanlıları Arf Alışanovu Kiyevə dəvət ediblər.

«Ukraynada ən yüksək mövqe tutmuş azərbaycanlılarla görüşə çağırırıq. Gəlin, özünüz şahid olun. Və əsil həqiqətlərin nə olduğunu onlardan eşidin.  Mövsüm Aslanovun AzTV adıyla hansı hoqqalardan çıxdığını, Az TV-nin şərəfli missyiasına ləkə olduğunu özünüz görün. 

Hörmətlə, 


1. Əliyev Tələt Mirseyib oğlu - keçmiş səfir, fəlsəfə doktoru, politologiya elmlər namizədi;

2. Quliyev Arif Cəmil oğlu - hüquq elmlər doktoru, professor, diplomat;

3. Abidov Fail Nazir oglu - Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun İdarə heyətinin üzvü;

4. Məhərrəmov Ələddin Aydın oğlu- Ümumukrayna Azərbaycanlıları Konqresinin Nikolayevski regional təşkilatının sədri; 

5. Babayev Adil -ÜAK Nikolayevski regional təşkilatın üzvü;

6. Kərimov Əlimərdan -  ÜAK Xerson təşkilatının sədri;

7. Zeynalov Tofiq, ÜAK Çerniqov vilayətinin sədri;

8. Yəhyayev Şakir Yəhya oğlu – Ukrayna azərbaycanlıları icmasının dini lideri;

9. Cavadov Hikmət Əliövsət oğlu - Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri;

10. Dəmirov Əli - tarixçi alim;

11. Tağıyev Qaraş – jurnalist;

14. Kazımov Əliislam Əliqulu oğlu - iş adamı.

15. Şıxalizadə Emin Ələkbər oğlu – Ümumukrayna azərbaycanlıları gənclər təşkilatının sədri;

16. Firudin Məmmədov, Ukrayna azərbaycanlıları Ağsaqqallar Şurasının sədri.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *