vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
DİASPORA  
12:40 | 2 may 2017 | Çərşənbə axşamı Məqaləyə 652 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aslanovun özbaşınalığı...

Ukrayna azərbaycanlılarını Arif Alışanovu Kiyevə dəvət etməyə məcbur etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynada yaşayan bir qrup azərbaycanlı Az.TV sədri Arif Alışanova müraciət edib. VAXT.AZ-а göndərilən müraciətdə deyilir:

Heç kimə sirr deyil ki, Azərbaycan Televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb və oynamaqdadır. Azərbaycan Teleradiosu bu gün xalqın əsl tribunasıdır. O, ölkə vətəndaşlarına Azərbaycan həqiqətlərini təqdim edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlət quruculuğu prosesi, davamlı və ardıcıl olaraq həyata keçirilən uğurlu islahatlar, ölkənin dinamik inkişafı, qazanılan nailiyyətlər bu kanalın gündəlik fəaliyyətində öz əksini tapır. Dövlət siyasətinin mahiyyətinin xalqa çatdırılması, cəmiyyətin aktual problemlərinin müzakirəsi, qloballaşma dövründə milli-mənəvi, əxlaqi dəyərlərin qorunması, təbliği, günün nəbzinə uyğun verilişlərin hazırlanması AzTV-nin prioritetləridir. Bir sözlə, AzTV şərəfli missiyaya xidmət edir. 


Hörmətli sədr! 

Amma biz Ukraynada yaşayan ziyalılar, elm və iş adamlarını olduqca narahat edən bir məqam var. Bu da sizin rəhbərlik etdiyiniz telekanalın Ukrayna üzrə müxbiri Möhsüm Aslanovla bağlı məqamlardır. Onun belə xidmət etməsinin nəticəsidir ki, Ukraynada yaşayan və fəaliyyət göstərən azərbaycanlıların və diaspora təşkilatlarının tədbirləri işıqlandırılmır. Ən azı ona görə ki, Mövsüm Aslanovun öz siyasəti var. Bu da onun maddi maraqları ilə bağlıdır. 


Hörmətli Arif müəllim!

Vəziyyət o həddə çatıb ki, Aslanov diaspora arasında ayrı-seçkilik yaratmaqla bərabər, çox vaxt sizin adınızı da hallandırır. Öz maddi maraqlarını belə AzTV rəhbərliyinə çamur atmaqla əlaqələndir. «Mən Bakıya pul verirəm», «pulsuz heç nəyi çəkə bilmərəm» deyə şanlı telekanala yaraşmayan mesajlar verir. Vəziyyət o həddə çatıb ki, artıq onun əməlləri barədə sizə məlumat verməyə məcbur olduq. 


Arif müəllim!

Biz, bu məktubu imzalayan ziyalılar hərəmiz Ukraynada öz mövqeyi, söz sahibi olan adamlarıq. Əslində, biz Azərbaycan prezidenti cənab İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etmək niyyətindəydik. Amma sizin müdrikliyinizə inanıb, ilk öncə sizə üz tutduq. AzTV kimi şanlı tarixi olan bir telekanala başucalığı gətirməyən əməkdaşınızla bağlı tədbir görəcəyinizə inanırıq. 

AzTV böyük kanaldır. 61 ildir ki, efirlərdədir. Bu gün paytaxt Kiyevdə azərbaycanlı iş adamları var ki, AzTV üçün ofis, maşın, ayrıca studiya belə yarada bilər. Maşınla təmin edər. Amma Mövsüm Aslanovun əməlləri buna imkan vermir. Çünki o, hamını milli televiziyamızdan çəkindirib.  


Hörmətli Arif müəllim!

Biz sizin müdrikliyinizə inanırıq və sizi Kiyevə dəvət edirik. Ukraynada ən yüksək mövqe tutmuş azərbaycanlılarla görüşə çağırırıq. Gəlin, özünüz şahid olun. Və əsil həqiqətlərin nə olduğunu onlardan eşidin. Mövsüm Aslanovun AzTV adıyla hansı hoqqalardan çıxdığını, Az TV-nin şərəfli missiyasına ləkə olduğunu özünüz görün. 

Hörmətlə, Vüsal Əliyev,

Rəşad Süleymanov

Abbas Cavadov

Hüseyn Daşdəmirov

Həbib Abdullayev və başqaları



   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *