vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
18:31 | 9 aprel 2016 | Şənbə Məqaləyə 1467 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Fəttah Heydərovdan xahiş etmişəm ki...»

Türkiyə səfiri: ««Ümid» körpüsü salınan zaman nə Azərbaycan indiki kimi idi, nə də Türkiyə»

Ağa AKİFOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bu il Azərbaycanın müstəqilliyinin 25 illiyi tamam olur. Biz bunu Türkiyə olaraq təmtəraqla anmaq istəyirik. Bununla bağlı bir neçə layihə üzərində çalışırıq. Müstəqilliyin yubileyini Naxçıvandakı vaxtı ilə Türkiyə Azərbaycan arasında salınmış «Ümid» körpüsündə qeyd etmək istəyirik».

Bunu Modern.az saytına açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun deyib. Türkiyə səfiri bildirib ki, «Ümid» körpüsünün Türkiyə və Azərbaycan arasındakı əlaqələrdə əvəzedilməz rolu var:

«Çünki bu körpünün Azərbaycanın müstəqilliyi, suverenliyi və Türkiyə ilə əlaqələri baxımından əvəzsiz rolu var. Deputat Fəttah Heydərovla da söhbətimiz zamanı xahiş etmişəm ki, Naxçıvandakı «Ümid» körpüsünün tarixinin canlı şahidlərindən biri kimi bunu bizim layihəmizə danışmaqda kömək etsin. Biz istəyirik ki, «Ümid» körpüsünün tarixi əbədiləşdirmək üçün sənədli bir film çəkək. O dövr haqqında ha çox bilgisi olan insanları da layihəyə qatacağıq».

«İki ölkə arasında «Ümid» körpüsü salınan zaman nə Azərbaycan, nə də Türkiyə indiki kimi idi. Buna baxmayaraq körpü salınandan sonra iki dövlət arasındakı əlaqələr yüksək səviyyəyə gəlib çatdı» - deyə İsmayıl Alpər Coşqun söyləyib.

Qeyd edək ki, bu ilin oktyabr ayında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunmasının 25 illik yubileyi olacaq. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər.  Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95 faizi səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

1992-ci il may ayının 28-də Türkiyənin o vaxtkı Baş naziri Süleyman və Naxçıvan Ali Məclisinin o zamankı sədri Heydər Əliyevin təşəbbüsü ilə Türkiyə ilə Naxçıvan arasında «Ümid» körpüsünün açılışı olub.  Araz çayı üzərində uzunluğu 288 metr, eni 12 metr olan körpünün ümumi dəyəri 5 milyon manat olan təşkil edib.