vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNDƏM  
23:54 | 19 oktyabr 2016 | Çərşənbə Məqaləyə 727 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransa mətbuatında lağ-lağı məqalə

«Putin Azərbaycanın şimalını və... Dağıstanı tutmaq istəyir!»

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransanın «Les Echos» qəzeti Rusiya prezidenti Vladimir Putinin «eksponsionist səyləri» haqda məqalə dərc edib və belə görünür ki, bu məsələdə çox irəli gedib.

Virtualaz.org xəbər verir ki, qəzet Putinin Krımdan sonra «Dağıstanı tutmağa hazırlaşdığını» yazıb. Heç nəzərə almayıb ki, Dağıstan onsuz da Rusiyanın tərkib hissəsidir və Putinin onu təzədən hücum edib tutmaq planı ən azından bu səbəbə məntiqli deyil.

Qəzet yazır ki, 2017-ci ildə Gürcüstanın separatçı Cənubi Osetiya regionu referendum keçirib Rusiyanın tərkibinə qayıda bilər. «Dnestryanı bölgənin rusdilli əhalisi də regionun Rusiyaya birləşməsinin tərəfdarıdır»-«Les Echos» yazır.

Müəllif daha sonra Rusiyanın «Dağıstanı ilhaq etmək planlarını» açıqlayır. «Rusiyanın 1996-cı ildə ilhaq etməyə cəhd göstərdiyi Dağıstan Putinin yeni hədəfi ola bilər»-Fransa nəşri bildirir.

Rusiya 1996-cı ildə Dağıstanda Şamil Basayevin başçılıq etdiyi silahlı birləşmələrə və digər yerli radikal yaraqlılara qarşı müharibə aparıb. Lakin bu, Rusiyanın Dağıstanı ilhaq etmək cəhdi deyildi və fransalı jurnalist görünür nəzərə almayıb ki, Dağıstan əslində Rusiya Federasiyasının subyektidir. «Les Echos» yazır ki, Krımın Rusiyaya birləşdirilməsi əslində dünyanın diqqətini Dağıstanın ilhaqından yayındırmaq məqsədi güdə  bilərdi. «Daha da çox ehtimal olunandır ki, Putin Krım ətrafında vəziyyətin kəskinləşməsi ilə dünyanın diqqətini digər hədəflərindən-Dnestryanından, Cənubi Osetiyadan və Dağıstandan yayındırmaq istəyirdi» - qəzet bildirir.

Fransa nəşri bir qədər də irəli gedərək yazır ki, Rusiya Azərbaycanın şimal-şərqini, Qaraqalpaqıstanı (Özbəkistanın vilayəti) və Qazaxıstanın şimalını da ilhaq edə bilər.

Məqalənin müəllifi coğrafi bilikləri aşağı olan jurnalist deyil, Avstraliyanın Kvinslend universitetində geosiyasət üzrə dərs deyən fransalı dosent Vasili Jonnides de Lanturdur...

«Les Echos» qəzeti isə 1908-ci ildən nəşr olunur, ən yaşlı Fransa nəşrlərindən biridir...