vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
BÖHRAN  
15:56 | 24 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 777 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sepah»ın livanlı «müxbir»i Suriyada həlak olub

Fars agentliyinin əməkdaşı Hələb döyüşlərində ağır yaralanmışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

İran İnqilab Keşikçiləri Korpusuna (Sepah) məxsus «Fars» agentliyinin livanlı «müxbir»i Əla Nəcm Suriyada gedən döyüşlərdə həlak olub.

Yayılan məlumatlara görə, 21 yaşlı «Sepah»çı, Əla Nəcm bir neçə gün əvvəl Suriyanın Hələb şəhərində gedən döyüşlərdə ağır yaralandıqdan az sonra həlak olub. Onun meyitinin Livanda və ya İranda basdırılacağı açıqlanmayıb.

İran İslam Respublikası, Bəşər Əsəd rejiminin əsas müttəfiqlərindən biri sayılır. Son illər Əsədə dəstək məqsədilə bu ölkəyə göndərilən minlərlə «Sepah»çı, Suriya hökumətinə müxalif qüvvələrlə qarşıdurmalarda həlak olub.