vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 22 oktyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
REGİON  
08:58 | 26 fevral 2019 | Çərşənbə axşamı Məqaləyə 576 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ruhaninin məhşəri

Zərif getdi, Bəşər gəldi

Rusif MƏMMƏDSOY

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz “İnstagram” hesabından istefası ilə bağlı post paylaşaraq belə deyib : “Xarici İşlər naziri olduğum müddətdə bütün nöqsanlara görə üzr istəyirəm. İran xalqına və məmurlarına öz təşəkkürümü bildirirəm”. Bəs Cavad Zərifin bu istefa qərarı nə ilə bağlıdır?

Düşünürəm ki, İranda ölkə daxilində müəyyən problemlər artıq geniş miqyas almağa başlayır. Bunun da məntiqi nəticəsi kimi xalq hazırkı ölkə başçısı Həsən Ruhaninin istefasını tələb edir. Çünki, ölkə yürütdüyü xarici siyasət nəticəsində həm iqtisadi, həm də siyasi sanksiyalara məruz qalır ki, bunun da əsas yükünü xalq çəkir. Yəni, ölkədə iqtisadi vəziyyət olduqca ağırdır. İranın milli valyutası günü-gündən dəyərini itirməkdə davam edir. Bütün bunlar sonda sosial narazılığı birə beş artırır.

Bu səbəbdən də hökumət yeni bir strategiya müəyyən edib. Hansı ki, yaxın günlərdə İran Rusiyadan 5 milyard dəyərində kredit aldı. Bunun müqabilində isə İran Avrasiya İqtisadi Birliyinə qoşulacaq. Bu da bir növ İranın Rusiyanın təsiri altına düşməsi deməkdir. Hesab edirəm ki, Cavad Zərifin istefası da məhz bununla bağlıdır. Çünki, Cavad Zərif digərlərinə nisbətən qərblə münasibətlərə önəm verirdi. Hətta nüvə sazişinin imzalanması üçün də əsas pay sahiblərindən biridir deyə bilərik. Bu isə o deməkdir ki, ölkədə hakimiyyət orqanları arasında fikir ayrılıqları dərinləşir. Hətta bəzi mənbələrdən əldə etdiyimiz məlumatlara görə Cavad Zərif artıq bezmişdi.

Məsələnin digər tərəfi isə bundan ibarətdir ki, düşünmək olar ki, artıq ABŞ - a qarşı bölgədə vahid bir koalisiya yaradılır. Hansı ki, bu istiqamətdə ölkədə qərbə meylli vəzifəlilər olmamalıdır. Bundan əlavə Həsən Ruhani də bu məsələ barəsində xəbərdardır və razılaşıb. Çünki, bu məsələ onun üçün də əslində yaxşı haldır. Çünki, ona etiraz edən qüvvələrə əslində bütün səhvin Cavad Zərifdə olduğunu deyə biləcək. Lakin, ölkənin dini lideri Xameneyi də bu məsələ barəsində nə düşündüyü önəmlidir. İstənilən halda Xameneyi də bu məsələni isti qarşılayacaq.

Daha bir maraqlı məqam isə Bəşər Əsədlə bağlıdır. Belə ki, bugün gözlənilmədən Suriya ölkə başçısı Bəşər Əsəd rəsmi Tehrana səfər edib. O, ölkə başçısı Həsən Ruhani və Əli Xamenei ilə görüşüb. Bu, Bəşər Əsədin Suriyada döyüş başlamasından bu yana ilk rəsmi səfəridir İrana. Bundan öncə də Moskvaya gözlənilməz səfər etmişdi Suriya lideri. Təbii ki, olduqca maraq doğuran bir məsələdir. Hesab edirəm ki, Rusiya bölgədə vahid bir cəbhə yaratmaq niyyətindədir.

İran hazırda iqtisadi sanksiyalarla mübarizə aparsa da onlar üçün Suriyadakı vəziyyət daha vacibdir. Bu səbəbdən də Bəşər Əsədlə bu cür görüşlərin intensivləşməsi də istisna deyil.

Bəşər Əsədin hansı marağı ola bilər bu səfərdə?

Fevral ayının 23-25 aralığında Suriyada Bəşər Əsəd rejimi və İran dəstəkli terrorçu qruplar İdlib deeskalasiya zonasının sərhədləri daxilindəki yaşayış məntəqələrinə hücum etdilər. Hansı ki, rejim birlikləri Türkiyə və Rusiya arasında İdlibdəki atəşkəsi möhkəmləndirmək üçün imzalanan Soçi razılaşmasına əhəmiyyət verməyərək hücumlarına davam edir. Bu isə o deməkdir ki, vəziyyət həqiqətən olduqca mürəkkəb hal alır. Çünki, Bəşər Əsədin Rusiya ilə münasibətləri hər birimizə bəllidir. Faktiki olaraq Əsəd Rusiyanın hazırda vassalıdır. Yəni, Əsəd Rusiyadan icazəsiz bu anlaşmanı belə poza bilərmi?

Belə çıxır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son müsahibəsində “Trampla münasibətlərimiz çox yaxşıdır. Mənim Vaşinqtona səfər edəcəyini və ya Donald Trampın 31 mart seçkilərindən sonra Türkiyəyə gələ biləcəyi də istisna edilmir” ifadəsi məhz buna hesablanıb !


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *