vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
23:29 | 25 oktyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2502 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Başıbəlalı veriliş bağlandı

«Bu, maraqlıdır» maraqsız oldu

MÖVZU İLƏ ƏLAQƏLİ

«Space» televiziyasında yayımlanan «Bu, maraqlıdır» verilişi bağlanıb. Modern.azsaytı xəbər verir ki, «Space» TV sözügedən verilişlə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir: «Yeni mövsümdə kanalda «Bu, maraqlıdır» adlı musiqili-əyləncəli proqram hazırlanmışdı.

Aktrisa Ülviyyə Əliyeva və Ramiz Alışovun aparıcılığı ilə bu veriliş ilk buraxılışlarında qeyri-adi qabiliyyətə malik olan insanları proqrama cəlb edirdi. Və doğrudan da bu, maraqlı idi. Sonuncu verilişdə çox güman ki, mövzu qıtlığından müəyyən zövqsüzlüyə yol verilmişdi. Televiziya rəhbərliyi bu halın tendensiya xarakteri daşımaması üçün «Bu, maraqlıdır» verilişinin bağlanması haqqında qərar qəbul edib».