vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
MEDİA-QHT  
16:34 | 24 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 2750 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Aparıcı ayaqyalın rəqs edib»

Televiziya efirinin toyxanaya çevrilməsi davam edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Televiziya və Radio Şurası (MTRŞ) «Space» telekanalında yayımlanan «Bu maraqlıdır» verilişində baş verənlərə münasibət bildirib.

MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib ki, «Bu maraqlıdır» verilişində hər hansı qanun pozuntusu olmasa da, verilişdə baş verənlər efirin toyxanaya çevrilməsi tendensiyasının davam etdiyini göstərir: «Bu tipli verilişlər xüsusilə «Space»də çoxdur. Hər dəfə bu mövzuda irad bildirəndə, yayımçılar, o cümlədən «Space», reytinqi bəhanə gətirir. Teleradio məkanımızda bu mövsüm ciddi reytinq yarışı hiss olunur. Bunun da fəsadları göz önündədir».

«Space» telekanalının efirində yayımlanan «Bu maraqlıdır» verilişində toy səhnəciyi qurulub, aparıcı tamaşaçılarla birlikdə ayaqyalın rəqs edib. (APA)