vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0368 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3022 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
MÜƏLLİF  
23:54 | 24 iyul 2017 | Bazar ertəsi Məqaləyə 203 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

...Biz orada olduğumuz kimi görünürük

Həyatın dibinə tutulmuş boz güzgülər şousu ...

Azər SARIOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Lap çoxdandır ki, televizora baxmağa, kitab oxumağa səbrim çatmır. Həmişə olduğu kimi, bu gün də özümə yer tapa bilmədiyimdən neyləcəyimə qərar verməkdə çətinlik çəkirdim. Uzun fasilədən sonra televizora sığındım və ilk rastıma gələn veriliş «Space»də yayımlanan «Mİkayılla sevimli mahnı» oldu. O veriliş ki, biz azərbaycanlılar özümüzü səviyyəli göstərmək üçün bəyənmirik. Halbuki bu proqram elə bizik, özümüzük. Bu veriliş günün əsl realiti-şousudur.

Allah, Allah, hər şeyi ilə bizik! İllah da ehtiyacın sürtüb bozartdığı və illərin stressinin şıram açdığı sifətlərdə, kasıbçılığın tökdüyü mırıq dişlərlə dolu ağızların büzüşmüş kənarlarındakı arsız təbəssümlə gülümsəyən tamaşaçılarla- xalqın içindən çıxanlarla, xalqın özü ilə. Bu veriliş mənəm, sənnsən, odur, bizik- Azərbaycanın kiçik modelidir. Biz orada olduğumuz kimi görünürük. Mikayılın verilişi qorxulu realiti -şoulardan bəhs edən Hollivud filmlərini xatırladır. Adamı vahimə bürüyür. İlk baxşıdan tragikomediyanı xatırlatsa da (yeri gəlmişkən, «Space»in prezidenti tragikomediya filmlərinin ustasıdır) əsl psixoloji dramdır. Tamaşaçıların boz siması nə qədər müvəqqəti gülüşlərlə (aralarında gülməyənlər də az deyil) pərdələnsə də həyatın dibinə tutulmuş soluxmuş güzgülərdir. 

Mikayılın bir müsahibəsini oxumuşdum- çoxlarının yazdığı və dediyi kimi səviyyəsiz adam təsiri bağışlamırdı. Verilişindən də elə görünür. Adam televiziya işinin bilənidir, ustasıdır. Cəmiyyəti içli-dibli göstərməyi və bütün bunlarla birgə əyləndirməyi və para çıxarmağı da gözəl bacarır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)