İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
23:59 | 3 yanvar 2018 | Çərşənbə
Məqaləyə 5606 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İrandakı etiraz dalğası ilə bağlı yazmışdım: bu gün də olmasa, sabaha hazır olmalıyıq!
Bu gün İranda etiraz hərəkatı nə qədər güclü olursa- olsun, qalib gələcək deyil. Çünki hərəkatın lokomotiv təşkilatı və lideri yoxdur. Hazırki İran idarəçiliyi də baş verəcəklərə qarşı preventiv tədbirlər proqramı ilə hazır görünür. 2500 ildən artıq dövlətçilik təcrübəsinə malik İran idarəçiliyi məzmunu saxlamaqla forma dəyişkənliyi ilə dövləti qorumaq təcrübəsini yenidən tətbiq etmək gücündə görünür. Necə ki, zaman-zaman həmin praktikanı tətbiq edərək panfarsist dövlətçiliyi qoruyaraq saxlaya bilib. İranı yaxşı bilənlər fərqindədirlər ki, bu dövlətin idarərçiliyinin də, dövlətə qarşı etirazların da özəyini türklər təşkil etdi. Bu ölkədəki ərəblər, kürdlər, bəluclar və digər milli və etnik azlıqların türklər qədər forma və məzmun dəyişikliklərinə ciddi təsiri olmayıb.
İranın tarixi göstərir ki, ümumilikdə, türklərin aşağılı-yuxarılı təsiri olmadan, ölkənin coğrafiyasında dəyişiklik imkanları çətin gerçəkləşə bilər. Lakin bundan kimin qazanacağı bizim üçün həyati məsələdir: Panfarsist ideologiyası daşıyıcılarının, yaxud İran coğrafiyasındakı xalqların, o cümlədən soydaşlarımızın. Buradakı dəyişikliklər bizə də təsirsiz olmayacaq. Ona görə də hadisələri qarşılaya biləcək proqrama malik olmalıyıq.
Bundan başqa, fərd olaraq da Güneydəki soydaşlarımızın gələcək sıxıntılarını qarşılamağa böyük ideallar naminə hazır olmalıyıq. Digər tərəfdən, İranda dəyişiklik gözləyən xarici güclər bu amilləri nəzərə almalıdır.
Bu dəfə də azərbaycanlılarsız dəyişiklik mümkün olmayacaq. Lakin dəyişiklikdən sonra idarəçilikdə azərbaycançı təfəkkürlülər olacaqmı - əvvəlki inqilablardakı kimi olsa, xeyr! Ona görə yazmışdım ki, hazır olmalıyıq! İndi İranda rejim dəyişikliyinə gedəcək etirazların sürətlə vüsət almasını istəmərəm. Ona görə ki, hələ hazır deyilik. Nə hərəkatımıza rəhbərlik edə biləcək təşkilatımız var, nə liderimiz. İddiamız imkanlarımıza uyğun deyil.